"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur pianoçu vəfat etdi

28-02-2013


    Məşhur amerikalı pianoçu Van Kliberin Fort-Vortedəki evində 78 yaşında vəfat edib. Sənətkarın menecerinin sözlərinə görə, o, yaxınlarının və dostlarının əhatəsində gözlərini yumub. Kliberinin beynəlxalq karyerası 1958-ci ildə 23 yaşında Moskvadakı Çaykovski adına müsabiqədə başlayıb. Sənətkar 1978-ci ildə xəstə anasına qulluq etmək üçün fəaliyyətini dayandırıb. Qərb mətbuatının verdiyi xəbərə görə,  pianoçunun doğulduğu Fort-Vortedə 1962-ci ildən bəri Van Kliberinin adına Beynəlxalq musiqi müsabiqəsi reallaşdırılır.

    2009-cu ildə pop-ulduz Rihannanı vəhşicəsinə döyən repçi Kris Braun  “Oscar” mükafatlandırma mərasimindən sonra verilən ziyafətdə bu barədə danışıb: “Onu döydüyüm üçün hər kəsin önündə yenidən üzr istəyirəm. Həyatdakı ən böyük səhvim və peşmanlığım ona əl qaldırmaqdır. Elədiyim hərəkət qorxuncdur. O vaxtdan bəri böyüdüm, bu şöhrət qarşısında necə davranacağımı öyrəndim. Rihannanın etibarını və sevgisini yenidən qazanmaq üçün çox səy göstərdim. İndi bağışlanmışam və buna görə çox xoşbəxtəm” –deyə Kris etiraf edib.

    Ukrayna əsilli amerikalı aktrisa Mila Kunis son dövrün ən çox gündəmdə olan məşhurlarındandır. Sürətlə şöhrət qazanmaq tərəfdarı olmayan ulduz ildə üç filmdə rol almaqdansa bir layihənin kifayət edəcəyini düşünür. Jurnallardan birinə müsahibə verən aktrisa: “Kamera qarşısında olmaqdansa arxada özümü yoxlamaq istərdim” –deyə vurğulayıb.

    Məşhur amerikalı müğənni Canet Cekson qətərli milyarder Vissam al-Mana ilə hər kəsdən gizli evlənib. Gənc evlilərin rəsmi açıqlamasına görə, mərasim sakit və gözəl keçib. Xatırladaq ki, keçən ilin dekabrında “The Daily Mail” qəzeti cütlüyün gizli nişanlanması barədə xəbər yaymışdı. Qeyd edək ki, 7 yaşında bu sənətə gələn Canet Cekson yaradıcılığında ən böyük uğuru “Control” adlı albomuna görə qazanıb. Müğənni müasir pop musiqi tarixinin ən çox satılan məşhurları sırasına daxil edilib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

715 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr