"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Elton Con yeni albomunu təqdim etməyə hazırlaşır

27-02-2013


     “Laskoviy may” qrupunun solisti Yuriy Şatunov “A leto cveta” adlı mahnısına Monakoda çəkilən klipi təqdim edib. Çəkilişlər  dünyanın ən bahalı şəhərlərindən birində reallaşdığına görə rusiyali ifaçı yeni ekran əsərinə 1 milyon avro xərcləyib. Rejissorun ideyasını reallaşdırmaq üçün müğənniyə bahalı yaxta, avtomobillər, Monakoda yerləşən bahalı otel nömrəsi lazım gəlib. Yuriy Şatunov bu ekran əsərində Ceyms Bondun düşmənini canlandırıb. Sənətçi həmişə mənfi qəhrəman olmaq istədiyini söyləyib.

      Britaniyalı “Hurts” qrupu yeni trekini təqdim edib. Mahnının adı “Exile”-dir.  Əsər kollektivin “Miracle” adlı albomunun tərkibində martın 11-də təqdim olunacaq.  Qrupun heyranları artıq mahnını internet vasitəsi ilə dinləyə bilirlər. Xatırladaq ki, “Hurts”-un solisti Teo Haçkraft yeni albomlarını bundan əvvəlki “Happines” adlı musiqi toplularına nəzərən “daha vəhşi” olaraq təsvir edib.

      Amerikalı ulduz Eva Lonqoria o qədər işləyir ki, günü az qala təyyarələrdə keçir. Buna baxmayaraq, aktrisa Berlin hava limanında olduqca təravətli görünüb. Hətta təyyarənin içində deyəsən makiyajını da təzələyib. Şən xanım sevənlərini gülüşlə qarşılayıb. Amma hər zamankı kimi şık geyinən oyunçu deyəsən yatmağa tələsib. Çünki hava limanında onun əlində hər yerə daşıdığı balışı olub. Məşhur aktrisa Eva elə balışla da sevənlərinə avtoqraf verib.

      Madonna 2012-ci ilin ən çox qazanan məşhurları arasında ilk sıraya layiq görülüb. Ən uğurlu ulduzların bu reytinq cədvəlini isə “Billboard” jurnalı yayımlayıb. Məcmuənin məlumatına görə, müğənni keçən il ərzində 34, 6 milyon dollar gəlir əldə edib. Bundan yalnız 32 milyon dünya turnesi nəticəsində qazanılıb. Ulduzun reallaşan 88 konserti ən uğurlu layihə elan edilib.  Siyahıda həmçinin Adel, Teylor Svift və digər məşhurların da adları sadalanıb.  Ikinci yerdə 33,4 milyon dollar gəlirlər Bryus Sprinqston yer alıb.

      Britaniyalı məşhur ulduz Elton Con yeni albomu üzərində hazırlıqları bitirib. Musiqi tolusu “The Diving Board” adlanır. Müğənninin “fortepiano üçün” adlandırdığı diskdə 13 trek yer alıb. Mahnıların sözlərini ulduzun dostu Berni Topin yazıb.  Elton Conun sözlərinə görə, albomda caz, blyuz və pop-musiqi janrları mövcuddur. Qeyd edək ki, “The Diving Board” musiqi toplusu ulduzun sayca 30-cu albomudur.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

883 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr