"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur türkiyəli müğənni Bakıya gəlir

27-02-2013


   Müğənni Röya Ayxan Türkiyənin bir  internet saytının keçirdiyi sorğuda “En İyi Çıkış Yapan Kadın Sanatçı 2012” nominasiyasında lider olub. Azərbaycanlı müğənni sorğuda adları keçən Hadisə, Funda Arar, Bengü, Demet Akalın, Sıla, Hande Yener kimi məşhurları üstələyərək hazırda 156 xala sahibdir. Qeyd edək ki, Röya portalda yer alan digər nominasiyalarda da həm türk, həm də əcnəbi ölkələrin məşhurları ilə yarışır. Sözügedən saytda bir çox kateqoriyalarda namizədlər sırasında xalq artistlər Brilliant Dadaşova, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva da var.

   Ifaçı  İlahə İbadova lirik melodiya üzərində yazılan və əksər müğənninin repertuarında yer alan “Əziz dost” mahnısına yeni nəfəs verəcək. Onun bu seçiminin  səbəbi isə yaşadığı itkidir: “Dayım bu mahnını bəlkə də, canından çox sevərdi. Söz vermişdim ki, bir az böyüyüm mahnını onun üçün yazdıracağam. Həmin nisgil ifamda da yəqin ki, özünü göstərəcək” –deyə İlahə xanım hisslərini ifadə edib.  Onu da deyək ki, sənətçi Ruslan Səfəroğluya məxsus yeni mahnı hazırlayır. Bu günlərdə Türkiyədə aranjeman olunan mahnı studiyada lentə alınmaqdadır. Bundan başqa,  müğənni konsert verməyə də hazırlaşır.

    Türkiyəninin məşhur aktyoru və müğənnisi Halil Sezai Bakıya gəlir.  Bu barədə məlumatı təşkilaçı Samir Xəttab verib. O, bildirib ki, sənətçi aprelin sonunda konsert vermək üçün ölkəmizdə qonaq olacaq: “İnsanlara maraqlı olduğu üçün təşkilatçı dostum Elşən Səfərov və mən düşündük ki, onu Bakıya konsert vermək üçün dəvət edək. Sezai ilə razılıqa gəldik və müqaviləmizi artıq bağladıq. O, konsert zamanı tək olmayacaq, bizim də tanınmış bir ifaçımız onunla birlikdə səhnəni bölüşəcək. Amma adı sirrdir” –deyə Samir bildirib.

    Gürcü əsilli gözəl müğənni Sulinin toy edəcəyi barədə xəbərlər yayıldı. Sən demə müğənni gözəllik salonunda çəkdirdiyi fotoları Facebook sosial şəbəkəsində paylaşıb və elə söz -söhbət də burdan yaranıb. Suli bu şəkillərin verilişlərdən biri üçün çəkildiyini qeyd edərək ailə qurmasıyla bağlı şayiələrə son qoyub.

 

Səma Ələsgərova

Sahilə Aslanova

 

Muz-Tv.az

 

774 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr