Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Səbinə Babayeva “Eşq alovu” adlı yeni mahnısını təqdim edəcək

25-02-2013


   2012-ci ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində uğurla təmsil edən gözəl müğənni Sabina Babayeva 8 Martda şəhərin məşhur klublarından birində konsert proqramı ilə çıxış edəcək. Onu sevənlərə fərqli bir proqram hazırlayan ifaçı konsertde yeni mahnısını təqdim edəcək. "Eşq alovu" adlanan yeni əsərin musiqisi Sabinanın özünə, sözləri isə "Aypara" qrupunun solisti Arzu Həsənliyə aiddir. Bundan başqa mahnının ərsəyə gəlməsində aranjemançı Emin Kərimi, əməkdar artist Ənvər Sadıxov və gənc skripkaçı Əkbər iştirak edib. Sabina Babayeva mahnının yaranma tarixçəsi barədə bunları danışıb: "Bu yaxınlarda uzağ səfərə yola düşdüm, təyyarədə olan zaman öz həyat yoldaşım üçün bu mahnını yazmışam. Mənə elə gəlirdi ki, mən uzun müddətə ayrılıram onunla, amma bu ayriliq cəmi 4 gün çəkməliydi. Buna baxmayaraq məni sıxan fikirlər bu mahnını məni yazmağa vadar etdi. Ümid edirəm, bu mahnıda olan mövzu əksər insanlara tanış gələcək, kimə ki bu mahnıda olan hisslər yad olsa, onlara mənim mesajım budur" –deyə gənc müğənni bildirib.

   Türk sənətçisi Tarkanın fevral ayında Bakıda və Qəbələdə nəzərdə tutulan konsertlərinin təxirə salınmasının səbəbləri açıqlandı. Konsertin təşkilatçısı Nahid Emiloğlu açıqlamasında, tədbirlərin tarixlərinin Xocalı faciəsinin ildönümünə təsadüf etdiyindən başqa tarixə keçirildiyini bildirib: “Fevralın 20-dən 28-dək Xocalı günləri elan olunduğuna görə Tarkanın konsertini təxirə salmaq qərarına gəldik. Ifaçı özü də bu ərəfədə konsert vermək istəmədi"  Qeyd edək ki, hər iki konsertdə Tarkan köhnə və yeni mahnıları ilə yanaşı, musiqisi bəstəkar Kamala, sözləri isə Baba Vəziroğluna məxsus olan “Səndən nigaranam” mahnısını da oxuyacaq. Bu mahnını Tarkan artıq öz yeni albomuna daxil edib.

   Fevralın 25-də bu məqsədlə Türkiyəyə yola düşəçək Rəqsanə planları barədə bunları deyib: "Son aylar Azərbaycandan çox, Moskvada oluram. Səbəblərdən ən birincisi Aysunun təhsili ilə bağlıdır. Qızlarımı anama etibar edib bir neçə həftəyə Türkiyəyə gedirəm. Oradakı işlərimin təfərrüatı barədə mətbuata danışmışam. Səfərim zamanı albomun tamamlanma işləri, klip çəkilişləri, serialla bağlı danışıqlar reallaşacaq. Bunun ardınca təqdimatlarım gözlənilir. Bu səbəbdən Azərbaycana getməliyəm”. Bir neçə gün əvvəl uzun saç qaynaqlarını çıxaran müğənni bu imicdən uzaqlaşmadığını söyləyib. Rəqsanə elə bu gün rus ustalarının xidmətindən bəhrələnib yenidən uzun saçlara qovuşacaq.

   "Azərbaycanlı müğənni Əbdül Xaliddən yenilik var. Sənətçi 26 fevral Xocalı faciəsinə həsr olunmuş klip çəkdirib. “26 fevral Xocalı faciəsinə həsr olunmuş "Qan yaddaşı" adlı layihə üzərində çalışıram. Demək olar ki, klip hazırdır. Sözü gedən mahnının musiqisi Niyaməddin Musayevə, sözləri Bəxtiyar Vahabzadəyə, aranjmanı isə Bəbirə məxsusdur. Nəzərinizə çatdırım ki, bu mahnı 20 il öncə lentə alınıb. Onu da deyim ki, çox maraqlı layihə olacaq” -deyə ifaçı bildirib.

 

Səma Ələsgərova

 

Muz-Tv.az

 

1248 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr