"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Oskar mükafatı layiqli sahiblərinə qovuşdu

25-02-2013


    Amerika Kino Sənəti və Elmləri Akademiyasının ənənəvi, 85-ci Oskar mükafatlandırma mərasimi baş tutub. Mərasim Los - Ancelesdəki Dolbi Teatrda təqdim edilib. Gecədə ən yaxşı aktrisa Cennifer Lourens, Ən yaxşı aktyor isə Deniel Dey Lyuit seçilib.  Mərasimin ən böyük sürprizlərindən biri britaniyalı müğənni Adelin ən orijinal mahnı kateqoriyaslnda mükafata layiq görülməsi olub.  Gecənin ən böyük mükafatını Ağ Ev-dən Los Anclesdəki mərasimə canlı bağlanan Mişel Obama açıqlayıb.Üç kateqoriya ilə “Arqo” filmi liderliyi ələ alıb. Qeyd edək ki, Hollivud aktyoru Ben Afflekin rejissor kimi özünü sınadığı "Arqo" filmi İranda narazılığa səbəb olub. Film 1979-cu ildə ABŞ səfirliyinin 50 əməkdaşının girov götürülməsindən və onların azad edilməsi istiqamətində "Arqo əməliyyatı"ndan bəhs edir.  Xatırladaq ki, Oskar mükafatı – Amerika və dünya kinematoqrafiyasının ən yüksək və nüfuzlu mükafatıdır.

   Bir müddət əvvəl Rusiya vətəndaşlığını qəbul etmiş fransız aktyor Jerar Depardye bazar günü Çeçenistana gəlib. Rusiya mətbuatına istinadən verilən məlumata görə, Depardyeni təyyarənin çıxışında Çeçenistan rəhbəri Ramzan Kadırov şəxsən qarşılayıb. Aktyor Qroznıya ikinci dəfə səfər etməsindən şad olduğunu, Rusiyanı sevdiyini, Çeçenistanın çox xoşuna gəldiyini vurğulayıb. Jerar Depardye Çeçenistana səfəri zamanı çeçen aktyor və rejissorlarla görüşəcək, dəstək verə biləcəyi layihələri müzakirə edəcək. Səfərin ən maraqlı məqamı isə Depardyenin şərəfinə verilən ziyafətdən sonra onun Kadırovla birgə “ləzginka” oynaması olub.

   Tanınmış türk musiqiçisi Nihat Doğandan xəbər var. Sənətçi keçdiyimiz günlərdə mətbuat nümayəndələri tərəfindən görüntülənib. İnşaat mühəndisliyinə başlayan müğənni İstanbulda yeni evlər inşa etməyə başlayıb. Vətəndaşlar üçün ucuz, lakin keyfiyyətli evlər hazırladığını söyləyən Nihat mülklərin yaxın zamanda satışda olacağını qeyd edib.

   Məşhur türk teleserialı olan “Muhteşem Yuzyil” -ın Mahidevranı Nur Fettahoğlu bir neçə gün bundan əvvəl məkanların birindən çıxarkən mətbuat nümayənləri tərəfindən görüntülənib. Fettahoğlunun yanındakı şəxs üzünün görünməməsi üçün çətirdən istifadə edib. Avtomobilə əyləşən sürücü və naməlum şəxs aktrisanı götürməyi unudublar. Fettahoğlu avtomobilin arxasınca “Məni aparmağı unutdular” – deyə, gülərək gileylənib. Daha sonra Nur Fettahoğlunun avtomobildə olmadığını görən sürücü maşından düşərək xanımın əyləşməsinə kömək edib.

   “Hilton” otelləri şəbəkəsinin varisi, amerikalı model və müğənni Paris Hiltondan türk  kinofilmlərindən birində rol almağa hazırlaşır. Rejissoru Sinan Çetin olan “Yarmanı” adlı kinofilmdə Paris baş rolu canlandıracaq. Nəzərinizə çatdıraq ki, filmin Los Angelesdə lentə alınması planlaşdırılır. Qeyd edək ki, məşhur model bundan əvvəl futbol üzrə Türkiyə yığmasının və İspaniyanın “Atletiko” klubunun yarımmüdafiəçisi Arda Turanla da reklam filmində rol alıb.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

750 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr