Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur aktrisa ana olmaq istəyir

23-02-2013


    Eşton Katçerlə sevgili olan aktrisa Mila Kunis ailəsinə görə karyerasından imtina edə biləcəyini söyləyib. O,  ana olmaq istədiyini bildirib. Milanın sözlərinə görə, çəkilişlərdən imtina  onun üçün elə də böyük faciə olmayacaq. Xatırladaq ki, Kunis hazırda populyarlığın zirvəsindədir. Aktrisa bir-birinin ardınca yeni filmlərdə rol almaqla yanaşı, məşhur bir brendin siması da olub. Ulduzun şəxsi həyatı da uğurla davam edir. Demi Murla yenicə boşanan Eşton Katçer artıq Mila ilə evlənməyə hazırlaşır.

    Məşhur britaniyalı “One direction” qrupu yeni klipini təqdim edib. Kollektiv  “One Way or Another” mahnısını ifa edib. Əsər “Blondie” qrupunun 1979-cu ildə ifa etdiyi trekin kaver versiyasıdır. Kompozisiyanın  satışından əldə olunan bütün gəlir “Comic Relief” xeyriyyə fonduna köçürüləcək. Bu barədə qrup video çarxın əvvəlində məlumat verib. Klipdə dünyanın hər yerindən kadrlar yer alıb. Bundan əlavə, ekran əsərində epizodik də olsa Böyük Britaniyanın baş naziri Devid Kameron da rol alıb.

    Məşhur virtuoz-gitaraçı Co Satrianı yeni albomunun çıxış tarixini elan edib. Musiqi toplusu sənətçinin diskoqrafiyasında sayca 14-cü olacaq. Musiqiçi bu işi üzərində iki il çalışıb. Hazırlıq prosesi ərzində gitaraçı bir çox yeni əsərlər bəstələyib. Onlardan yalnız 16-sı alboma daxil edilib. Musiqi toplusu üzərində bütün çalışmalar fevralın 14-də tamamlanıb. Albom “Unstoppable Momentum” adlandırılacaq.

    Keçən il “Avroviziya”  mahnı müsabiqəsində qalib gələn Lorin “Heal” mahnısına çəkilən yeni klipini təqdim edib. Əsər müğənninin eyniadlı albomuna daxil edilib. Ulduzun musiqi toplusunda 12 trek yer alıb. Video çarxın hər saniyəsində mahnının mətni maksimum emosionallıqla əks olunub.  Ekran əsərinin süjet xətti fantastik janrdadır.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

790 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr