Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımova ölkəni tərk edir

22-02-2013


    Xalq artisti Aygün Kazımova yeni duet ortağı, Gremmi mükafatına namizəd göstərilmiş məşhur amerikalı repçi Snop Dogla birgə çəkilişləri reallaşdırmaq üçün fevralın 25-də ABŞ-a yola düşəcək.  Nəzərdə tutulan klipin çəkilişləri Los Ancelesdə, repçinin villasında aparılacaq, daha sonra Avropada davam edəcək. Klipin qəhrəmanları həm müasir, həm də şərq üslubunda olan rəqsləri ilə maraq doğuracaq. Onları Cennifer Lopez və Beyonsun rəqs qrupları müşayiət edəcək.
Bununla bağlı Türkiyədə məşqlər edən Aygün Kazımova hazırda Azərbaycanda da məşğələlərini davam etdirir. Qeyd edək ki, bu, Türkiyənin “Dokuzsekiz müzik yapım” şirkəti ilə Aygün Kazımovanın birgə həyata keçirdiyi 4-cü layihədir. Xalq artisti eyni zamanda bu şirkətin solistidir.

    Müğənni Mətanət İsgəndərli qızı Ülkərin doğum gününü qeyd edib. Məlumata görə, sənətçinin övladı 24 yaşına qədəm qoyub. Mətanət xanımı bu özəl gün münasibətilə təbrik edənlər arasında əməkdar artist Ədalət Şükürov, müğənni Sevda Yahyayeva, Rəhim Rəhimli, Samira və  prodüser Tolik olub.

   Əməkdar artist Abbas Bağırov yenilikləri ilə pərəstişkarlarını təəccübləndirməyə davam edir.  Müğənni solo konsertə hazırlaşdığını deyib. O, bu tədbirin digərlərindən çox fərqlənəcəyini iddia edib: “Konsert yayda olacaq. Hazırlıqlarına indidən başlamışıq. Çox maraqlı və fərqli bir proqram hazırlamışam. Burada tamaşaçılar məni həm yeni ifada, həm də imicdə görəcəklər. Bu konsert səs-küy yaradacaq”. Abbas türkiyəli müğənnilər Bengü və Alişanın da tədbirə qatılacağını söyləsə də, heç birisinə səhnəyə çıxmağa icazə verməyəcəyini xüsusilə vurğuladı.

   Türkiyəli müğənni Hande Yener Azərbaycanın tanınan qruplarından biri ilə duet oxuyacaq. Bu, son vaxtlar məhşurlaşmaqda olan “Cahan” qrupudur. Kollektivin meneceri Rüstəm bildirib ki, türkiyəli sənətçi ilə danışıqlar aparılıb və o, qərarını müsbət şəkildə bildirib. Mahnının Türkiyədə yazılması nəzərdə tutulur.

   Populyar müğənni AyazQasımovyeni albom üzərində işləyir.  Müğənni musiqi toplusunın sənətçinin karyerasında mütləq rol oynadığını söyləyib: “Doğrudur, bu gün biz müğənnilər albom satışından gəlir əldə edə bilmirik. Amma həmkarlarım bilməlidirlər ki, görülən hər keyfiyyətli iş, eləcə də albom sənətçiyə status verir, dərəcəsini artırır. Mən albomu dinləyicilərim, pərəstişkarlarım üçün çıxardıram”.  Müğənninin sayca 3-cü albomunda tanınmış söz yazarları və bəstəkarların mahnıları yer alacaq. Yeni musiqi toplusunda Ayazın özünə aid bəstələrinin də olacağı gözlənilir.

 

Sahilə Aslanova          

 

Muz-Tv.az

815 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr