Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
ULDUZ

“Brit Awards” musiqi mükafatları öz sahiblərinə təqdim edildi

21-02-2013


     Rusiyanın məşhur “Lyube” qrupunun solisti Nikolay Rastorquyevin doğum günüdür. Musiqiçi 1957-ci il fevralın 21-də dünyaya gəlib. 1989-cu ildə qrupun tərkibinə daxil olan müğənni musiqi yaradıcılığının əsasını qoyub. Rastorquyevin ilk qastrol səfəri elə həmin ildə reallaşıb. 1997-ci ildə xidmətlərinə, sənət verdiyi töfhələrə görə müğənni Rusiya Federaasiyasının əməkdar artisti adına layiq görülüb. 2002-ci ildə Nikolay Rastorquyev xalq artisti titulu ilə təltil olunub. Elə həmin il müğənni Mayakovski adına teatrda ilk dəfə “Lyubov v druqiv deystviyax” tamaşasında rol alıb. Sənətçi 2006-cı ildən etirbarən siyasətə qoşulub. Nikolay Rastoquyev hazırda Rusiya Federasiyası prezidentinin etibar etdiyi şəxs kimi qeydiyyata düşüb.

    Fevralın 20-də Londonda təntənəli şəkildə “Brit Awards” musiqi mükafatlarının təqdimetmə mərasimi reallaşıb. Gecənin əsas qalibi şotland ifaçısı Emeli Sande və Ben Hovard olub. Müğənni xanım “Ən yaxşı ifaçı”, “İlin albomu” nominasiyalarında mükafata layiq görülüb. “Ən yaxşı britaniyalı qrup” kateqoriyasında “Mumford & Sons” kollektivi gecədən qalib ayrılıb. Canlı ifalarına görə “Coldplay” qrupu da mükafatla təltif olunub. “Ən yaxşı əcnəbi ifaçı” nominasiyasında Lana Del Rey və repçi Frenk Ouşen yer alıb.

     Mayda İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” Mahnı Müsabiqəsində iştirak etmək üçün Rusiya da  öz təmsilçisini seçib. Ölkəni bu möhtəşəm tədbirdə \"Qolos\" şousunun qalibi Dina Qaripova təmsil edəcək. O, müsabiqədə “What if”  mahnısı ilə çıxış edəcək. Kompozisiya İsveç prodüserləri Qabriel Alares  və Yoakim Bornberq və \"Avtoqraf\" qrupunun keçmiş bas-gitaraçısı Leonid Qutkinin müəllifliyi ilə ərsəyə gəlib.  21 yaşlı Dina Qaripova Tatarıstan Respublikasının vətəndaşıdır.  Qeyd edək ki, Rusiya mayın 14-də keçiriləcək birinci yarımfinalın birinci mərhələsində 8-ci sırada çıxış edəcək.

     25 yaşını qeyd edən Rihanna bu özəl gününü sevgilisi, müğənni Kris Braunla birlikdə dəniz qırağında keçirib.  Cütlük məhz bu tarix üçün Havay adalarına səyahətə gedib.  Sevgililər paparazzilərin onları çəkdiyini görsələr də, buna fikir verməyiblər. Qeyd edək ki, doğum günü səhər Rihanna “Twitter”-dəki səhifəsində “Budur, həmin gün gəlib çatdı. Cənnətdəyəm” –deyə yazıb.

     Aktyor Antonio Banderasın İspaniyanın turistik zonası hesab edilən Marbeldə yerləşən villası dövlət tərəfindən söküləcək.  Qərb mətbuatının məlumatına görə, ulduzun malikanəsi çimərliyə gedən yolu bağlayır və insanların əraziyə keçidinə maneələr törədir.  Banderas və Qriffit cütlüyündən həmçinin 1234 kvadrat metrlik ərazi də geri alınacaq. Xatırladaq ki, məşhur ulduzlar bu 6 yataq otağı olan villanı 1997-ci ildə alıb. Hazırda daşınmaz əmlak 7,7 milyon dollar dəyərində qiymətləndirilir.

 

Sahilə Aslanova

MuzTv.az

707 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr