Aktrisa yeni seriala çəkilir
Bülənt Ərsoy münsif olacaq
Hamiləlik fotosu ilə gündəm yaratdı 
Müğənni və aktrisahamını təəccübləndirdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənniyə xalq mahnısı oxumaq qadağan edildi

09-01-2013


   Müğənni Mehin Hümbətova tətilini bitirməyə macal tapmamış yeni mövsümdə fəaliyyətinə başladığını elan edib. O, “Roman” adlı mahnısından danışaraq, əsərə klip çəkdirəcəyini deyib.

   Bununla kifayətlənməyən Mehin adını açıqlamaq istəmədiyi əcnəbi bir ulduzla böyük layihəyə imza atmağa hazırlaşır. Ifaçı xanım gələcək planları arasında həmin ulduzla klip çəkdirmək və konsert verməyin də olduğunu bildirib.

   Hər şeyi gizlətdiyi kimi gənc xanım konsertin mövzusu haqqında da danışmaqdan çəkinib. Səbəb isə fikrinin digər məşhurlar tərəfindən oğurlanacağından ehtiyat etməsidir. Mehin bütün bunlardan əlavə sözügedən layihə çərçivəsində hazırladıqları albom haqqında da danışmağı unutmayıb. Belə ki, bu musiqi toplusuna R&B, House, Club janrlarında mahnılar daxil ediləcək.

   Maraqlı məqamlardan biri də ifaçı xanımın uzun müddət xalq mahnısı oxuya bilməyəcəyidir. Onun sözlərinə görə, imzaladığı müqavilə çərçivəsində 5 il ərzində xalq mahnısı oxumayacaq.

   Qeyd edək ki, bu layihə müğənninin son işi deyil. Tezliklə gənc ifaçını Avropa arenasında da görə biləcəksiniz.

 

Sona Mehdiyeva

Elfaq Lələyev

 

Muz-Tv.az

2380 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun




















1 İyun