Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artistimizin vəziyyəti ağırlaşıb

09-01-2013


   Xalq artisti, unudulmaz mahnıların ifaçısı Elmira Rəhimovanın vəziyyəti pisləşib. Bu barədə sənətkarın bacısı məlumat verib. O bildirib ki, Elmira Rəhimova hazırda ağır xəstədir: “Qızdırması çox yüksəkdir. Bir neçə dəfə həkim çağırmışıq. Hazırda da həkim nəzarətindədir. Heç danışa bilmir”.  

   Şou-biznesimizin ən yaşlı dalaşqanı kimi məhşurlarşan  Əli Mirəliyev həmkarı Üzeyir Mehdizadə ilə növbəti qalmaqal yaşayıb. Yerli telekanalların birində yayımlanan verilişin səhnəarxası görüntülərində Üzeyirin ifasından məmnun qalmayan Mirəliyev proqramı tərk etmək istədiyi görünürr.  Qalmaqallı sənətçi ifaçını kloun adlandırmaqdan da çəkinmir. Məhz buna əsəbiləşən Üzeyir həmkarının ona qarşı hörmətsiz davrandığını söyləyərək, bərk əsəbləşir.

   Gənc müğənni Elvin Abdullayev yeni mövsümün ilk mahnısını təqdim edib. O bildirib ki, sözləri Zeynəbə, musiqisi Gülnarəyə məxsus olan “Şanlı Azərbaycan” adlı əsər artıq hazırdır: “Keçən ildən üzərində çalışdığım bu mahnını nəhayət ki, bu ilin əvvəlində dinləyicilərə təhvil verə bildim. Əsərə ekran həyatı verməyi də düşünürəm. Bu il görəcəyim işlər çox olacaq. Əcnəbi bir xanım müğənnidən duet təklifi almışam. Öncədən xanım müğənninin adını açıqlamaq fikrim yoxdur. Artıq mahnı seçimini də etmişik. Duetimiz baş tutandan sonra bu müğənnin adını açıqlayacağam”.

   Müğənni Aybəniz Haşımova son günlər qızı Aynişan Quliyevanın nişanlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Əməkdar artist verdiyi açıqlamada qızının nişanlanmadığını, yayılan məlumatların yanlış olduğunu deyib: “Qızım nişanlanmayıb. Bu xəbəri kim yayıbsa, gedib özünü həkimə göstərsin” –deyə sənətçi məsələyə münasibət bildirib.

 


Sahilə Aslanova

 

Muz-Tv.az

923 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr