Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin Ağalarov “Sentyabrda” dedi

08-01-2013


   Məşhur ifaçı Emin Ağalarovun rəsmi saytında “Sentyabrda” adlı live-video təqdim edilib. Xatırladaq ki, keçən il dekabrın 11-də dünya şöhrətli sənətçi Rusiyanın “Krokus Siti Holl” konsert zalında öz yeni proqramı ilə çıxış edib. Simli orkestr, canlı ansambl, rəqs və akrobatik qruplar, xüsusilə hazlırlanan səhnə tərtibatı, mükəmməl səslənmə və gözəl atmosfer tədbirə gələn altı min tamaşaçının hər birini razı qoyub. Eminin qonaqları arasında Qriqoriy Leps, İqor Krutoy, İqor Nikolayev, Yana Çurikova, Yuliya Kovalçuk, Aleksey Çumakov və başqaları olub. Konsert zamanı hər kəs bir çox sürprizlərlə qarşılaşıb. Bunlar arasında sözləri və musiqisi Eminə məxsus olan “Sentyabrda” adlı kompozisiyanın təqdimatı da olub.

   Müğənni Elxan Şirinov arzusunu dilə gətirib. O bildirib ki, yenidən müəllimlik etmək niyyətindədir. “Mən uzun illər Azərbaycan Dillər Universitetində müəllim işləmişəm. Lakin qəflətən səhhətimdə yaranan problemlər üzündən əsl peşəmdən ayrı düşdüm. Çox istərdim, yenidən müəllimlik edim, tələbələrim olsun. Amma bu hələlik arzu olaraq qalır. Ümidimi itirmirəm, yenidən öz peşəmə qayıtmaq niyyətindəyəm. Çünki artıq müalicəm yekunlaşıb” - deyə o, vurğulayıb.

   Azəri qızı Günel imicində dəyişiklik edərək saçını təbii rənginə boyadıb. Qara saçlarda fərqli görünən müğənni bu düzümün ona yaraşdığına əmindir. Onun saçını sarı rəngdə görməyə alışanlar bu yeniliyi bir qədər tərəddüdlə qəbul etsələr də, Günel fikrindən dönməyib. Bir müddət belə görünməyi düşünən sənətçi xarici görünüşü ilə bağlı böyük komplekslərinin olmadığını bildirib. Amma o, kökəlməkdən qorxduğunu söyləyib. Onu daha çox narahat edən bəzən ekranda olduğundan iri görünməsidir.

    Gənc müğənni Kəmalə Qaramollayeva ailə qurmağa hazırlaşır. İfaçı Türkiyə vətəndaşı ilə evlənmək niyyətindədir. Xanım Qaramollayeva bu yaxınlarda özünə toy çaldırıb Türkiyədə yaşıyacağını da bildirib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

828 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


16 Noyabr