Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Beyonsdan qızına milyon dollarlıq hədiyyə!

07-01-2013


    Müğənni Beyonsla həyat yoldaşı Jay-Z konsert zamanı qızlarını tək qoymamaq üçün Nyu Yorkun ən məşhur mərkəzlərindən birində illiyi 1,5 milyon dollara uşaq otağı kirayə götürüb. Qərb mətbuatının məlumatına görə, bir yaşlı Blue İvy oyuncaqla dolu otağa qoyulan ekran sayəsində valideynlərinin konsertini də canlı izləyə biləcək. Xatırladaq ki, cütlüyün qızı dünyaya gələndə də ona kristal daşlardan hazırlanan16 min dollarlıq stul hədiyyə edilmişdi.

    Ebru Gündəş sənətə gəlişinin 20 illiyini səhnəyə çıxdığı restoranda qeyd edib. Məşhur sənətçini bu özəl günündə həyat yoldaşı Rza Zərrab  və yaxın dostu Sərdar Ortac da tək buraxmayıb. Gecənin ən maraqlı hadisəsi isə Gündəşin Ortacla birgə “Bilsem ki” adlı mahnını ifa etdikləri zaman yaşanan dialoq olub. Səhnəyə çıxan müğənni sözə Gündəşi tərifləyərək başlayıb və “Onu çox sevirəm . O da artıq evlidir” –deyə vurğulayıb. Bu sözlərdən sonra Gündəş: “İlk dəfə açıqlayıram. Sərdar ilə Xloye evlənir!” –söyləyərək şad xəbəri hər kəsə çatdırıb.

    Rusiyanın məşhur jurnallardan biri oxucuları arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Əldə olunan reytinq cədvəlinin nəticələrinə görə, müğənni Ani Lorak və aktyor Marat Başarov Rusiya şou-biznesinin ən yaraşıqlı ulduzları tituluna layiq görülüb.   Siyahıda digər yerləri teleaparıcı Viktoriya Bonya, Stas Mixaylov, Vladimir Maşkov kimi məşhurlar tutub.

   “Karadayı” serialı ilə gündəmdə olan aktyor Kənan İmirzalıoğlu 2012-ci ilin ən yaraşıqlı kişisi elan edilib. Müxtəlif xəbər agentliklərində aparılan sorğu nəticəsində qalib olan məşhur ulduz  hazırda çəkildiyi serialın hər bölümü üçün 25 min avro qazanaraq, eyni zamanda ilin ən çox gəlir əldə edən məşhuru tituluna da layiq görülüb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

782 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr