Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Ancelina Coli və Bred Pitt cütlüyü Milad bayramında gizlicə evləndi

05-01-2013


   Qərbi kütləvi informasiya vasitələri Hollivudun ən məşhur cütlüyü Ancelina Coli və Bred Pittin gizli evlənməsi xəbəri ilə çaxnaşmaya düşüb. Xarici mətbuatın məlumatına görə, ulduzların nikah mərasimi Milad bayramında reallaşıb. Mərasim məşhurların yaxın dostları olan dizayner Donna Karanın Karib adalarındakı evində gerçəkləşib. Toyda yalnız cütlüyün uşaqları, yaxınları, qohumları və ən sadiq dostları iştirak edib. Nikah günündə sevgililərin uşaqlarına 12 dayə tutduqları da iddia edilir.

   Keçən yay yeni albom əvəzinə Türkiyədə konsert verməyi seçən Tarkan artıq hazırlıqlara başlayıb. Heyranlarının istəklərini nəzərə alan meqastar səsyazma prosesinə yenidən start verib. Yaz aylarında satışa çıxarılacağı gözlənilən musiqi toplusu üçün Tarkan Ozan Çolakoğlu ilə əməkdaşlıq edəcək.Onun yeni mahnılardan əlavə, köhnə əsəsrlərinin də fərqli versiyalarına yer verəcəyi gözlənilir.

   Latviyalı bəstəkar Raymond Pauls hər il Yurmalada reallaşan “Yeni dalğa” yarışmasının təşkilatçısı vəzifəsindən imtina etdiyini deyib. O, artıq bu barədə müsabiqənin yaradıcısı İqor Krutoya da məlumat verib.  Bəstəkarın sözlərinə görə , yarışma artıq onu nə yaradıcılıq, nə musiqi, nə də maliyyə baxımından maraqlandırmır. O, festivalda saxtakarlıqla qarşılaşdığını da vurğulayıb. Paulsun sözləyinə görə, jüri öz adamına səs verir, Krutoy isə ümumiyyətlə qızını irəli çəkməyə çalışır. Sənətçi müsabiqənin yeni istedadlar tapmaq funksiyasını itirdiyini də sözlərinə əlavə edib. Qeyd edək ki, “Yeni dalğa” musiqi yarışmasının əsası 2002-ci ildə Pauls və Krutoy tərəfindən qoyulub.

  “İffet” adlı serialda iki sevgilini canlandıran Deniz Çakır və İbrahim Çelikkol evlənməyə qərar veriblər. Serial çəkilişləri zamanı tanış olan cütlük iki ildir ki, birlikdə olsa da, dəfələrlə barələrində ayrılıq xəbərləri yayılıb. Yeni ildə bir oteldə əyləncəyə qatılan cütlük gecəni orada keçiriblər. Çelikkol otağı güllərlə bəzəyərək romantik bir şəkildə Deniz Çakıra evlilik təklif edib. Cütlüyün yay aylarında evlənəcəyi gözlənilir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

1114 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


16 Noyabr