Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

“Avroviziya” mahnı müsabiqəsinin qalibləri yenidən duet oxudu

05-01-2013


    “Avroviziya” müsabiqəsində Azərbaycana birincilik qazandıran Eldar Qasımov və Nigar Camal cütlüyü yenidən duet oxuyacaq.  Eldarın verdiyi məlumata görə, onlar bəstəkar “İsa Məlikin “Xoş sözlərlə yaşa” adlı mahnısını birgə ifa edəcək.  Sözügedən bəstəyə xarici rejissor ekran həyatı verəcək. “Azərbaycan dilində başqa bir mahnı da oxuyacam. İfaya klipi isə Ukraynada çəkəcəyik”, - deyən Eldar “Qorxma mən səninləyəm” filminin premyerasının yaz aylarında olacağını da bildirdi.

*****Müğənni Nüşabə Ələsgərli 2013-cü ildə daha çox efirdə görünməyi və yeni layihələr həyata keçirməyi qarşısına məqsəd qoyub. Bu barədə ifaçı özü bildirib. “Sözləri Elçin Məhərrəmova, musiqisi Ruslan Cəfəroğluna məxsus “Hədiyyə” adlı yeni mahnım artıq hazırdır. Mənə elə gəlir ki, yaxşı bir əsər alınıb.  Klip çəkdirməyi önəmli hesab etməsəm də,  amma deyəsən bu mahnıya ekran həyatı verəcəyəm”– deyə sənətçi bildirib.  Müğənni onu da əlavə edib ki, bu ilin əvvəllərində yeni albomu işıq üzü görəcək. Musiqi toplusunun adı isə “Adı yoxdur” olacaq.

     Tanınmış ifaçılar Səidə Sultan və Səidə Dadaşova arasında olan qalmaqal yenidən alovlanıb. Bir müddət bundan əvvəl verilişlərin birində dalaşan müğənnilərin sözləri yenidən çəp gəlib. İfaçılar məclislərin birində üz-üzə gələrək yenidən bir-birinin ünvanına ağır ifadələr işlədib. Onu da deyək ki, Səidə Sultan - Səidə Dadaşova qalmaqalı bir müddət öncə xanım Dadaşovanın canlı yayımı tərk edən Səidə Sultanın dalınca danışmasından sonra başlayıb.

    2013-cü ilin maraqlı layihələrindən biri də  Ayaz Qasımovdan gəlib. Bu dəfə yerli ulduz əcnəbi sənətçi ilə Azərbaycan dilində mahnı oxuyub. Söhbət İsrail müğənnisi Hava Dolevlə birgə ifa olunan “Sevəcəksən gizlicə” əsərindən gedir. Mahnının musiqisi Aygün Səmədzadəyə, sözləri isə Kəmalə Abıyevaya məxsusdur.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

727 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr