Aktrisa müğənni sevgilisindən ayrıldı
"İlin qadınları" seçildilər - foto
"Həci" sözünü ucuzlaşdırmayın" - müğənni
Fatimə həmkarının sirrini açdı

Facebook instagram Twitter Youtube
ULDUZ

Özcan Deniz 150 qadınla birlikdə film izlədi

04-01-2013


   Özcan Deniz bu günədək kinoya getməyən 150 qadını bir araya gətirib onlarla birlikdə baş rolunu ifa etdiyi və rejissoru olduğu “Evim sensin” filmini izləyib. İzmit Bələdiyyəsinin təşkil etdiyi bu tədbirdə qadınlar filmə baxmağa  gələrkən müğənninin də onlarla eyni zalda olduğunu öyrənib sevincdən aktyoru uzun müddət alqışlayıblar. Xatırladaq ki, “Evim sensin” filmi Türkiyədə olduğu qədərAzərbaycanda da böyük rəğbət qazanıb.

   Hollivud ulduzu Tom Kruzun keçmiş həyat yoldaşı Keti Holms aktyor Ceyk Cillenholla sevgili olub. Paparazzilər cütlüyü bir neçə dəfə romantik şam yeməyi zamanı görüntüləyib. Məşhurları ortaq dostlarının tanış etdiyi deyilir.  Xatırladaq ki, Keti Holms Tom Kruzdan keçən ilin avqustunda rəsmi şəkildə boşanıb.

   Pop ulduz Pink 36 min dollarlıq borcunu ödəməməkdə günahlandırılır. Müğənni bu məbləği  əməkdaşlıq etdiyi səsyazma studiyasına borcludur. Sözügedən kompaniya artıq ulduzu məhkəməyə verib.  Pink 1999-cu ildə onun “Can’t Take Me Home” albomunun tirajları ilə məşğul olması üçün studiya ilə müqavilə imzalayıb. Musiqi toplusu 5 milyon nüsxəylə satılıb və ulduz bu sayədə dünya şöhrəti qazansa da, şirkətə borcunu ödəməyib. Məsələni şərh edən ulduz heç bir problemin olmadığını bildirib. O, 36 mini elə də böyük məbləğ hesab etmədiyini xüsusilə vurğulayıb.

    Amerikanın tanınmış jurnalı “Playboy”-un yaradıcısı 86 yaşlı Hyu Hefner 26 yaşlı fotomodel Kristall Harrislə evlənib. Məlumata görə, nikah mərasimi 2012-ci ilin son günü reallaşıb. Modelin özündən 60 yaş böyük Hyu Hefnerə ərə getməkdən imtina etdiyi bildirilib. O, 2011-ci ilin iyununa təyin olunmuş toydan dörd gün əvvəl imtina qərarını açıqlayıb. Bundan bir il sonra cütlük barışaraq yenidən birlikdə yaşamağa başlayıb. Bu il dekabrın 4-də Hyu Hefner və Kristall Harris yenidən evlilik qərarı alıb. Cütlük ailə üzvləri və yaxın dostların iştirakı ilə dekabrın 31-də nikah masasına əyləşib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

987 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Noyabr


16 Noyabr