Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
ULDUZ

Bred Pitt və Ancelina Coli yenə evlənə bilmədi

03-01-2013


    Bred Pittlə Ancelina Colinin toy mərasimi yenə də təxirə salınıb. Müsahibələrinin birində aktyor  bildirib ki, başqa qadınlardan fərqli olaraq, Coli rəsmi evliliyə o qədər də önəm vermir: "Lakin mən artıq gözləməkdən təngə gəlmişəm. Uşaqlar analarını nə qədər razı salmağa çalışsalar da, hələ ki, bir qərara gələ bilməyib. Artıq ümidimi itirmək üzrəyəm, rəsmi evliliyimizin olmasını istəyirəm". Pitt onu da qeyd edib ki, toydan sonra uşaqlarla birgə İngiltərə, Fransa, daha sonra Kamboca xətti üzrə səyahət planlaşdırılır.

   Taylor Svift 2012-ci ilin ən xeyirxah ulduzu seçilib. "People magazine"in məruzəsinə əsasən 23 yaşlı müğənni “Qadın muzeyi"nə 4 milyon dollarlıq pul mükafatı bağışladığına görə ilin ən xeyirxah ulduzu elan olunub.

   Amerikalı müğənni Patti Peyc 85 yaşında dünyasını dəyişib. Məlumata görə, sənətçi kəskin ürək çatışmazlığından vəfat edib. 2012-ci ilin sentyabr ayında ifaçı problemlərinə görə, səhnə fəaliyyətinə fasilə verdiyini söyləyib. Sənətçi yaradıcılığı ərzində 50 albom, 19 qızıl və 14 platin sinql çıxarıb. 2013-cü ilin fevral ayında Peycin musiqi sənətinə verdiyi töhfələrə görə “Qremmi” mükafatı ilə təltif olunacağı gözlənilirdi.  Tədbirin təşkilatçıları mükatın ifaçıya ölümündən sonra təqdim ediləcəyini bildirib.

   2013-cü ildə məşhurlar arasında ən böyük sürprizi populyar türk müğənnisi Deniz Seki edib. Belə ki, o, yeni il gecəsi ilk məhəbbəti, iş adamı Faruk Salman ilə nişanlanıb.  Bayram axşamı Kiprdə konsert verən Seki səhnəni tərk etdikdən sonra altı aydır ki, birlikdə olduğu sevgilisi Faruk Salmandan evlilik təklifi alıb. Şamlarla bəzədilmiş geyim otağında romantik musiqi sədaları altında reallan bu istəyə Deniz Seki sevinc göz yaşları içərisində razılıq verib.  Onu da deyək ki, uzun illərdir ki, tanış olan cütlük bir-birinin uşaqlıq məhəbbətidir. Ayrı-ayrı şəxslərlə evlənən, amma sevgidə bəxtləri gətirməyən cütlük illər sonra yenidən bir araya gəlib.           Deniz Seki sürpriz nişan mərasiminin fotolarını şəxsi “Twitter” səhifəsində paylaşıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

708 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr