Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Meyxanaçılarımız Rusiyanın “Birinci kanalı”nda çıxış etdi

03-01-2013


    “Ti kto takoy? Davay, do svidaniya” meyxanası ilə məşhurlaşan İntiqam və Ehtiram Rüstəmov qardaşları Rusiyanın “Birinci kanalı”nda yayımlanan yeni il proqramında çıxış edib. Verilişdə qardaşlar sözügedən meyxananın bayram üçün hazırlanan “Stariy qod, davay, do svidaniya” versiyasını ifa edib.

    Bu yaxınlarda hamıdan gizli nikah masasına oturan Emma Ələkbərzadə təmtəraqlı toy etməyə hazırlaşır. Müğənni toyunu şadlıq evində yox, böyük bir oteldə, xarici stildə edəcəyini söyləyib. O, xüsusi ssenari ilə keçiriləcək mərasimdə əcnəbi qonaqların da iştirak edəcəyini deyib. Məhərrəmlik ayından sonra reallaşacaq tədbirdə müğənni gəlinlik paltarının da fərqli olacağını iddia edib. Nikahının gizli keçirilməsini isə müğənni belə izah edib: “Hansısa işi əvvəlcədən planlaşdırıramsa, heç nə alınmır. Buna görə də istədim hər şey gizli olsun. Önəmli olan odur ki, mən həyat yoldaşımla xoşbəxtəm”.

    Türkiyəli aktyor Tolqa Karel azərbaycanlı həyat yoldaşı Günay Musayeva və oğlu Cahangirə aydan 0,8 hektar yer alıb. Əraziamerikalı vəkilDennisHopunadınaolub. Tolqa Karel qeyri-adi hədiyyəsini:“Artıq gələcəyə sərmayə qoymaq lazımdır. Bəlkə bir gün nəvələrimizin nəvələri ayda torpaq əkib-becərəcək və yeni bir dünya quracaqlar. İnşallah, həmin gün gələndə bizi, yəni ata-babalarını da xatırlayarlar”, -deyərək əsaslandırmağa çalışıb.

   Rusiya estradasının ulduzu Alsu Bakıda çəkdirdiyi kliplərindən birini YouTube kanalında təqdim edib. “Böyük yolun tozu” adlı tatarca olan mahnıya çəkilən klipin rejissoru Mariya İbrahimovadır. Video çarxdakı görüntülər Bakı və Abşeronda lentə alınıb. Ekran əsərində Azərbaycanın xalq artisti Elmira Şabanova, əməkdar artist Vidadi Əliyev, Bəhruz Vaqifoğlu, Günel Məmmədova, Ömər Akçurin rol alıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

763 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Noyabr


15 Noyabr