Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Faiq Ağayevin doğum günüdür

29-12-2012


 Xalq artisti, cənab qızıl şlyager Faiq Ağayev doğum gününü qeyd edir.  1971-ci il dekabrın 20-də Bakıda anadan olan müğənni peşəkar səhnə fəaliyyətinə 1988-ci ildə başlayıb.  Müğənni elə həmin il “Bakı payızı” respublika müsabiqəsinin qalibi olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqlili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirən Ağayev elə tələbə ikən peşəkar ifaçı adını qazanıb. Xalq artisti 1996-ci ildən Azərbaycan Dövlət Tele-Radio Verilişləri Şirkətinin solisti kimi fəaliyyət göstərir. 1995-ci ildə “Ola bilməz” adlı ilk musiqi toplusu çıxaran sənətçi sonrakı illərdə “Səni əvəz eləmir”, “”Vəfasızım”, “Faiq Ağayev seçmələr”, “Minilliyin sonu”, “Tam məxfi” adlı albomlarını pərəstişkarlarına təqdim edib. Onun uğurları bununla bitmir. Belə ki, müğənni 1998-ci ildə  "İlin Konserti" nominasiyasında, 1999 -cu ildə isə "Dəşti " klipinə görə "İlin Klipi" nominasiyasında "Humay" Milli Mükafatını və həmin ildə  "İlin Müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatınını qazanır. Sənətçi 2000-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti adına layiq görülüb. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib. 2007-ci ildə isə Heydər Əliyev Sarayında 5 günlük solo konsert verməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində yeni rekorda imza atıb. 5 illik fasilədən sonra 2012-ci ilin debarında yenidən sevənlərini ətrafına toplayıb 4 günlük konsert proqramı ilə çıxış edən xalq artisti doğum gününü də elə sənhnədə qeyd edir. Biz də Muz-Tv adından sənətçiyə həmişə səhnədə və sevdiklərinin ətrafında olmasını arzu edirik.

 

Aytən Zöhrabqızı

 

Muz-Tv.az

716 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr