"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Uitni Hyustonun əcəli ilə ölmədiyi iddia edilir

29-12-2012


    Bu ilin fevralında otel otağında vəfat edən məşhur dünya ulduzu Uitni Hyustonun əslində öz əcəli ilə ölmədiyi, öldürüldüyü iddiası gündəmi alt-üst etdi. Kaliforniyadakı oteldə cəsədi tapılan müğənninin 1,5 milyon borcu olduğuna görə narkotika tacirləri tərəfindən öldürüldüyü iddia edilir. Polisin araşdırmalarının nəticəsi olaraq, “infarkt” diaqnozunun qoyulması ilə razılaşmayan özəl dedektiv Pol Hyubl özü müğənninin qatillərini tapmaq istəyib. O, Hyustonun qaldığı “Beverly Hilton”da iki nəfərin kameralara düşdüyünü söyləyib.  Hyubl müğənninin öldüyü 11 fevral günü otel otağında 45 dəqiqə tək qaldığını və həmin iki nəfərin onun otağına girdiyini açıqlayıb. O, müayinə zamanı Hyustonun bədənində müqavimət göstərərkən yaranan izlərin aşkarlandığını da bildirib. 

    Türkiyənin məşhur yumor ustası Cem Yılmazla həyat yoldaşı, aktrisa Ahu Yağtu cütlüyü beş aylıq oğlu Kamalı jurnalistlərə göstərib. Belə ki, gənc evlilər yeni ili Londonda qarşılamaq üçün gedərkən hava limanında onları təqib edən jurnalistlərə körpənin simasını göstərib.

    Müğənni Murat Dalkılıç bir jurnala verdiyi müsahibədə “sənətçi deyiləm” açıqlamasını verib. “Məncə Tarkan da sadəcə müğənnidir. Sənətçi deyil, oxuyandır!” –deyən Dalkılıç ifaçı olmasında Kənan Doğulunun rolunun böyük olduğunu əlavə edib. ilk albomu çıxardarkən Murat Bozdan da mənəvi dəstək aldığını söyləyən müğənni bu günkü şöhrətini heç vaxt gözləmədiyini etiraf edib.

    Ölkəsi İngiltərəyə qayıdan ulduz futbolçu Devid Bekham həyat yoldaşı Viktoriya və dörd usağı ilə birlikdə Milad tətilini keçirtmək üçün Maldiv adalarına gedib. Şəxsi dəniz təyyarəsi ilə adaya gələn cütlüyün gecələmək üçün 3 otaq kirayələldikləri bildirilib.  Otaqların bir gecəsi 8600 funtdur. Evil cütlüyü izləyən müxbirlər onların ən bahalı oteldə qaldıqlarını söyləyib.

 

Sahilə aslanova

 

Muz-Tv.az

808 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr