Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Almaz Ələsgərova vətəni həmişəlik tərk etdi

29-12-2012


     Azərbaycanın əməkdar artisti, məşhur estrada müğənnisi Almaz Ələsgərova ömürlük vətəni tərk etdi. Bu barədə prodüser Sultan Mustafayev məlumat verib. Onun sözlərinə görə, Almaz Ələsgərova hazırda İsveç Krallığının Höteborg şəhərində məskunlaşıb. Əməkdar artist bu addımının səbəbini açıqlamır.

     Müğənni Elçin Cəfərov yeni ili istirahət edərək qarşılamaq istəyir. Ifaçı  dekabrın 31-i heç bir şou-proqramda çıxış etməyəcək. O, yeni il gecəsi Bakıda yox, Ukraynada olacaq. Yaxın dostları Elşən Orucov və Tərlan Məmmədhüseynov ilə birgə istirahətə gedən müğənni “həm ziyarət, həm ticarət deyib” orada klip də çəkdirəcək.  "Yadına sal" albomundan növbəti hitə klip çəkdirmək istəyən Elçin verdiyi eksklüziv açıqlamada niyə məhz Ukraynanı seçdiyinə aydınlıq gətirib: “Mən Ukraynanı çox bəyənirəm, özündən çox qızlarını bəyənirəm. Bu ölkənin gözəlləri çox məşhurdur, bəlkə klipə də bir Ukrayna gözəli çəkdim ".

     Nadir Qafarzadədən yeni il öncəsi bəd xəbər var. Onurğa sütununda çatların və ağır zədələrin olduğunu bildirən müğənni əməliyyat olunmasa şikəst qalacağı proqnozunu alıb. Həkimlər ona səhnədə rəqs etməyi, hərəkət etməyi qadağan edib. Müğənni "Yanvarda Moskvaya əməliyyata gedəcəyəm. Bu əməliyyat uğurlu da ola bilər, uğursuz da. Şikəst qalmaqdansa, ölməyə razıyam" - deyib.

     Müğənni Ayan Türkiyədə klip çəkdirən və qardaş ölkədə şou-biznesə qatıldıqlarını deyən həmkarlarını istehza ilə qarşılayıb.  O,  hətta onlara yazığı gəldiyini də gizlətməyib: “Borcun içində üzürlər.  Buna görə də məcburdurlar ki, özlərini Türkiyə adı ilə reklam etsinlər. Qardaşım Türkiyədə yaşayır, hər şeydən də yaxşı xəbərdardır. O deyir ki, türklər üçün qətiyyən bizim müğənnilər maraqlı deyil. Onlar bizim müğənniləri aldadıb, pullarını yeyirlər, sonra da qaytarırlar üstümüzə. Orada soruşanda "filan müğənni kimdir?", sual edirlər ki, o kimdir? Azəri qızı Güneldən başqa bizim müğənniləri Türkiyədə tanıyan yoxdur”.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

752 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr