"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür

28-12-2012


    Xalq artisti Zeynəb Xanlarova doğum gününü qeyd edir. O, 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbində təhsil alan xalq artisti 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Sənətkar "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli partiyalarını məharətlə ifa edib. Xalq artisti estrada müğənnisi kimi daha çox uğurlar qazanıb. "Şahnaz", "Qatar", "Bayatı-Şiraz" muğamları ilə yanaşı, o, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Ələkbər Tağıyev və digər böyük bəstəkarların mahnılarını ifa edib. Xanlarova özü də bir neçə mahnılar bəstələyib. 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. 
   Z. Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb. Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni hərarətlə qarşılanır, eyni coşquyla alqışlanır.
    Hazırda həm də Milli Məclisinin deputatı olan böyük sənətkarımız Zeynəb Xanlarovanın bütün mahnıları dillər əzbəridir. Biz də Muz Tv ailəsi olaraq sevimli xalq artistimizi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və yeni uğurlar arzulayırıq.

 

Sevda Məmmədova

 

Muz-Tv.az
 

1332 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr