Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Şakira ana oldu

28-12-2012


   Dünyaca məşhur müğənni Şakiranın oğlu olub. Bu barədə ifaçının sevgilisi, “Barselona” futbol klubunun oyunçusu Jerar Pike “Twitter” hesabında yazıb. O, qeyd edib ki, sevgilisi Şakira oğul övladı dünyaya gətirib. Olduqca sevincli olduqlarını deyən Jerar Pike onları təbrik edənlərə təşəkkür də edib. Qeyd edək ki, Şakira uşağa Ulises adını vermək istəsə də, sevgilisi Biel adını təklif edib. Biel Qabriel adının katalan formasıdır. Bu ad Bibliyadan götürülüb və “Allahın qulu” kimi tərcümə olunur. 
   Müğənni Canet Cekson qətərli milyarder Vissam əl-Mana ilə gizlincə nişanlanıb. 46 yaşlı Canet və 37 yaşlı əl-Mananın 2013-cü ilin yazında Qətərin paytaxtı Dohada dəbdəbəli bir toy mərasimi ilə evlənəcəkləri gözlənilir. İfaçı nişanlısı ilə iki il əvvəl konsertdə tanış olub. Əl-Mana Ceksona 15 karatlıq brilliant üzüklə evlənmə təklif edib. Hətta deyilənə görə, Canet üzüyü o qədər qoruyur ki, onu barmağına taxmır, malikanəsindəki seyfində saxlayır. Müğənninin dediyinə görə, böyük qaşlı üzük ağır olduğundan onu itirməkdən qorxur.
   21 dekabr kabusu arxada qalsa da, səs-küyü hələ uzun müddət yaddaşlardan silinənə oxşamır. İngiltərədə 21 dekabrdan öncə aparılan bir sorğunun nəticələri açıqlanıb. Sorğuda iştirak edənlərdən həyatlarının son günündə kiminlə olmaq istədikləri soruşulub. Qadınlar ən çox Corc Kluni ilə, kişilər isə aktrisa Cennifer Enistonla birlikdə olmağı arzuladıqlarını bildiriblər. Sorğunun nəticələrinə görə, bundan başqa qadınlar yaşadıqları son gündə yanlarında Daniel Kreyq, Bred Pitt, Ryan Qosling və Robert Pattinsonu görmək istəyirlər.
   Məşhur müğənni Cennifer Lopez sevgilisi Kasper Smartla birgə Cənubi koreyalı reper PSY-ın internetdə izlənmə rekordları qıran "Gangnam Style" mahnısının cazibəsinə düşüb. Belə ki, ulduz Puerto-Rikoda stadionun açılışında sözügedən rəqsi nümayiş etdirərək möhtəşəm şou sərgiləyib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

867 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr