"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Faiq Ağayev nəhayət ki, “Vida”sından danışdı

28-12-2012


    Xalq artisti Faiq Ağayev Heydər Əliyev sarayında dörd günlük “Vida” adlı konsertinə start verib. Beşillik fasilədən sonra 25 illik səhnə fəaliyyətində sevənlərini konsert salonuna toplayan cənab qızıl şlayagerin bu özəl gecəsinə uşaqdan tutmuş böyüyə hamı təşrif buyurub və xalq artisti minlərlə tamaşaçının qarşısına çıxıb canlı ifalarını bir-biri ilə əvəz edib.
    Pərəstişkarlarına unudulmaz gecə bəxş edən sənətçinin çıxışları gələnlərin ürəyincə olub. 27 musiqi nömrəsi daxil edilən konsertdə xalq artistinin bir neçə gün öncə rejissor Ülviyyə Könül tərəfindən lentə alınan “Əlvida” adlı klipi də təqdim olunub.
    Heç bir həmkarına dəvətnamə verməyəcəyini deyən ifaçının konsertinə təşrif buyuran məhşurlar da az olmayıb. Onlar arasında Ayan Babakişiyeva, Rafael İsgəndərov, Coşqun Rəhimov Ağayevi təbrikə gəlib.
    Tədbirdə hamının səbirsizliklə gözlədiyi an “Vida” adıyla bağlı gəzən şayiələrə son qoyulması olub. Nəhayət Faiq Ağayev konsertin loqosunda əks olunan “F.A Vida” yazını tamaşaçılara göstərib və bunun heç də bunun vidalaşmaq anlamına gəlmədiyini söyləyib.
     Bir daha xatırladaq ki, sənətçinin möhtəşəm performansını eyni səhnədə dekabrın 28, 29 və 30-u yenidən izləyə bilərsiniz.

 

Aytən Zöhrabqızı
Vüsal Babayev

 

Muz-Tv.az

907 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr