"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

“Cəmi bircə dəfə meyxana oxudum, amma çox bəyənildi”

27-12-2012


    Xalq artisti İlhamə Quliyeva Bakını tərk edib. Hava limanında açıqlama verən sənətçi yeni ili qeyd etmək üçün Fransaya uçduğunu bildirib. İlan ilini ailəsi ilə birlikdə Azərbaycandan kənarda qarşılamağı düşünən İlhamə xanım 2013-cü ilin ilk günlərində vətənə dönəcəyini söyləyib. Xatırladaq ki, xalq artisti getməzdən əvvəl bayram hədiyyəsi olaraq pərəstişkarlarını yeni “Sən nə bilərsən?” mahnısı ilə sevindirib. 
    Müğənni İlhamə Qasımova və rəqqasə Oksana birlikdə Hindistana gediblər. İlhamə ölkəni gəzib-görmək üçün getdiyini söyləyib. Oksana isə Hindistanda həm yeni rəqs növləri öyrənəcəyini, həm də orada filmə çəkiləcəyini deyib. Onu da qeyd edək ki, İlhamə Qasımova tez bir zamanda vətənə dönməyi planlaşdırsa da, Oksana 3 ay Hindistanda qalacaq. 
    “Avroviziya 2012” mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Səbinə Babayeva “Yeni il” adlı mahnısını təqdim edib. İfaçı bu sinqlı Facebookdakı rəsmi səhifəsində paylaşıb. Əsərin musiqisi əməkdar incəsənət xadimi Vaqif Gərayzadəyə məxsusdur. Bu ifaçı ilə bəstəkarın ilk əməkdaşlığı deyil. Müğənni daha əvvəl Vaqif Gərayzadənin “Sevgi Nəğməmiz” mahnısını ifa edib.
    Bir müddətdir efirlərdə görünməyən müğənni Səidə Sultan daha böyük layihələrlə səhnəyə qayıdacağı haqda açıqlama verib. İfaçı repertuarına yeni meyxanalar daxil edəcəyini deyib. “Cəmi bircə dəfə meyxana oxudum, amma çox bəyənildi. Bu, mənim şah əsərim oldu. Nizami Rəmzinin meyxana stilində olan daha bir yeni mahnısını hazırlayıram. 2013 mənim ilim olacaq” -deyə Səidə bildirib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

847 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr