Mehmet Ali Erbil əməliyyat olunacaq
Müğənni sevgilisi ilə öpüşdü - foto
Maykl Ceksonun qızı sevgilisi ilə - foto
Ulduz cütlük övladlarına miras qoymayacaq - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur aktrisa ailə həyatı qurdu

27-12-2012


    Britaniyalı aktrisa Keyt Uinslet bir ildir birlikdə olduğu sevgilisi Ned Roknroll ilə evlənib. Nikah mərasimində cütlüyün sadəcə dostları iştirak edib. Ulduzun mətbuat katibi kiçik bir açıqlama yayaraq xəbərin doğru olduğunu bildirib. Bu, iki uşaq anası olan Uinsletin üçüncü evliliyidir. Yeni evli sevgililərin İngiltərədə şəhər mərkəzindən uzaq bir yerdə 3 milyon dollara ev satın aldıqları deyilir.
    Məşhur ulduz Rihanna Los Ancelesdə keçirlən NBA oyunlarından birini onu daha əvvəl döyən Kris Braunla birlikdə izləməyə gəlib. 24 yaşlı müğənninin həyəcanlı olduğu diqqətdən yayınmayıb. Cütlüyün xoşbəxt olduğu və bir-birini tez-tez qucaqladığı görülüb.
    Dünya şöhrətli DJ Devid Getta öz heyranları üçün yeni il hədiyyəsi hazırlayıb. Fransız ulduz “Just one last time” kompozisiyasının yeni versiyasını sevənlərinin ixtiyarına verəcək. Təqdimat dekabrın 31-də reallaşacaq. Sinql DJ-in yeni “Nothing but the Beat 2.0” albomuna daxil edilib. Musiqi toplusuna 30 mahnı əlavə olunub. 
    Yeni il gecəsi Ankarada çıxış etmək üçün 400 min TL qonorara razılaşan Hadisənin konsertinə gəlmək istəyənlər tapılmayıb. Amma tədbir maraq doğurmadığına görə biletlərin qiyməti gün-gündən aşağı salınıb. Ankaranın “Congresium” salonunda çıxış etməli olan ifaçının biletlərinin dəyəri əvvəlcə 250-200, daha sonra isə 150 TL-dək endirilib. Qiymətlər hər gün aşağı salınsa da, yenə də biletlərin sadəcə 5-10 faizi satılıb. 202 nəfərlik VİP biletlərin isə sadəcə 12-si alınıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

799 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 Noyabr














































14 Noyabr