"Eurovision 2011" qalibi Damlanı bəyənmir
Gönül Yazar sevgilisindən ayrıldı
Müğənni 5 ilədək həbs edilə bilər
Türkiyəli reper hərbi xidmətə gedir

Facebook instagram Twitter Youtube
ULDUZ

Teoman dekabrın 30-da evlənir

26-12-2012


      2014-cü ildə ata olmaq istədiyini söyləyən Teoman yay aylarında evlənməyi planlaşdırsa da, toy tarixini tezləşdirib. “Daha nəyi gözləyirəm?” -deyən müğənni dekabrın 30-u bazar günü İstanbulun məşhur otellərindən birində sevgilisi Ayşe Kaya ilə nikah masasına oturacaq. Mərasimə cütlüyün ailələrindən əlavə çox yaxın dostlarından ibarət 50 nəfər dəvət edilib.
      İnternetdə Vitya Belan adlı şəxsin “Fairy World” mahnısına çəkilən klipi yayımlanıb. Bu tanış ad altında rusiyalı müğənni Dima Bilan gizlənir. Vitya Belan ifaçının əsl adıdır. Bu, Bilanın sözləri və musiqisi özünə məxsus olan yeni layihəsidir. Məlumata görə, tezliklə məşhur müğənni bu adla albom da çıxarmağa hazırlaşır. Xatırladaq ki, ulduz 2008-ci ildə şəxsiyyət vəsiqəsini dəyişdirərək rəsmi şəkildə Dima Bilan olub. 
     Dünya turnesi çərçivəsində bir sıra konsertlər verən müğənni Cennifer Lopez keçmiş həyat yoldaşı ilə eyni səhnəni paylaşıb. Yeddi illik evliliklərinə son verən Cennifer Lopez ilə Mark Entoni yenidən bir araya gəlib. J.LO bildirib ki, ayrılmalarına baxmayaraq, Markla çox yaxşı dostdular. Qeyd edək ki,birlikdə ”No Me Ames” mahnısını söyləyən cütlüyün dörd yaşlı Maks və Emme adlı əkizləri var.
      Amerikalı müğənni Ledi Qaqa yaradıcılığının əks olunacağı film çəkməyə hazırlaşır. Bu barədə ulduz öz Twitter səhifəsində məlumat verib. ““LadyGagaMovie” adlı filmimdə bütün həyatım, albomlarım və siz varsınız”, -deyə müğənni yazıb. Ekran əsərinin rejissoru məşhur fotoqraf Terri Riçardsondur. Çəkilişlərin nə vaxt bitəcəyi haqda hələlik heç bir məlumat verilmir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

760 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Noyabr






































21 Noyabr