Elnarə rejissor olmaq istəyir
Müğənni və aktyor təcavüzdə ittiham olunur
Aktyor ərəb xanımların təklifini rədd etdi
Seda Sayan sərxoş halda saxlanıldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Faiq Ağayev və Brilliant Dadaşovanın yaradıcılıq yenilikləri

01-12-2012


    Xalq artisti Faiq Ağayev gərgin hazırlıqlarla məşğuldur. Buna səbəb ulduzun çoxdan gözlənilən solo konsertinə hazırlıqlardır.Müğənni düz 4 gün – dekabrın 27, 28, 29 və 30-u Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. “Vida” adlı solo konsertin biletləri artıq satışa çıxarılıb. Biletlərin qiyməti 10-60 manat civarındadır. Xalq artistinin 25 illik səhnə fəaliyyətinə yekun vuracaq konsert 4 hissədən ibarət olacaq. Konsertdə 24 mahnı, 3 meqamiks olmaqla 27 musiqi nömrəsi səslənəcək. Bundan başqa, gecədə yeni klipin təqdimatı da olacaq. Tədbirin musiqi rəhbəri Rüstəm Zeynallı, bədii rəhbəri Yaşar Baxışdır. Sənətçini gecə boyu rəqs qrupları müşayət edəcək. Xatırladaq ki, ümumilikdə 56 nəfər işçi qrupundan ibarət komandaya və konsertin təşkilinə 250 min manat vəsait xərclənib.
   Dekabrın 2-də keçirilməsi nəzərdə tutulan “Big Apple Music Awards”ın sayca 5-ci təqdimat mərasimi təxirə salınıb. Buna səbəb tədbirin reallaşacağı Nyu-Yorkun məşhur konsert salonlarından olan “Millenium”a ciddi zərər dəyməsidir. Sendi qasırğası nəticəsində yaranan bu problema görə salon yenidən bərpa olunmalıdır. Onu da vurğulayaq ki, bu mərasimdə Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın da iştirakı gözlənilirdi. Sənətçinin mətbuat katibi bildirib ki, tədbir marta qədər təxirə salınıb.
   Sevda Yahyayeva şəxsi həyatı ilə bağlı suallara cavab verməkdən bezdiyini bildirib. "Hər şey taledən asılıdır. Mənim sevdiyim insan var, amma hələ ki, ailə qurmaq barədə düşünmürəm. Çünki o qədər işlərimə bağlıyam ki, şəxsi həyatımı ikinci planda saxlamağa üstünlük verirəm”.

 

Xəyalə Əzizova

 

Muz-Tv.az

 

713 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr


























15 Oktyabr