Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
ULDUZ

Yerli ulduzlar haqqında bilmədiyiniz xəbərlər

24-11-2012


    After The Thunder” albomunu təqdim etmək və bir neçə konsert vermək üçün bəstəkar-ifaçı Emin Ağalarov ABŞ-a yola düşüb. O, noyabrın 29-da aparıcılar Çarli Rouz və Qeyl Kinqlə birlikdə “CBS”-in “This Morning” şousunda iştirak edəcək. Amerikaya səfəri çərçivəsində ifaçının “WNYC TV” ilə, “Life & Style” jurnalının və “Good News Broadkasting” şirkətinin əməkdaşları ilə görüşəcəyi və “Sirius XM Radio”-da çıxış edəcəyi də gözlənilir. 
   Türkiyə şou-biznesinə qoşulmağı qarşısına məqsəd qoyan Röya Ayxanın yaxın həftələrdə “Facebook” sosial şəbəkəsində növbəti fan səhifəsi açılacaq. Adı "Rüya hayranları" olacaq qrupu adminlər İstanbuldan idarə edəcək və bu səhifədə ancaq Röyanın Türkiyədə gerçəkləşdirəcəyi layihələr haqqında xəbərlər veriləcək. Qeyd edək ki, Azərbaycan müğənniləri arasında “Facebook”da ən çox fanatı olan müğənni Röya Ayxandır.
    İfaçı Sevda Yahyayevadan fərqli layihə gəlir. Müğənni az qala bütün dünyanı təşfişə salan 21 dekabr tarixində solo konsert proqramı ilə çıxış etməyi planlaşdırıb. Dənizkənarı Milli Parkda reallaşacaq layihə Sevdanın 2012-ci il üçün keçirəcəyi son konsert proqramı olacaq.Tədbirdə möhtəşəm atəşfəşanıq və sürprizlər gözlənilir. Layihə ilə bağlı açıqlama verən müğənni : “ Yata-yata ölməkdənsə, dona-dona ölmək yaxşıdır”- deyib.
    Müğənni Vasif Məhərrəmli barədə xəbər yayıldı. Sənətçinin Gəncədə hündürmərtəbəli bina tikintisi ilə məşğul olduğu söylənildi. Bu barədə açıqlama verən ifaçı yayılan xəbərləri yalanlayaraq: “Mənim heç bir biznesim yoxdur və ancaq müğənniliklə məşğulam”- deyə bildirib.


Xəyalə Əzizova

 

Muz-Tv.az
 

759 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23