Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Keçmiş sevgilisi Şakiranı məhkəməyə verdi

23-11-2012


   Amerikalı müğənni Cennifer Lopez “Dance again” turnesi çərçivəsində bu dəfə Dubaya üz tutub. Avtomobil qalereyasının açılışında iştirak edən ifaçı bir saat üçün 250 min dollar qazanıb. Dubayda ilk dəfə olduğunu deyən ulduz ab-havadan çox razı qaldığını söyləyib.
   Amerikalı repçi Lil Veyn “No Worries” mahnısına çəkilən yeni klipini təqdim edib. Video çarxda ulduz idman şərhçisi obrazında çıxış edib. Rejissor sözügedən ekran əsərini “Las Veqasda qorxu və nifrət” filminin süjet xətti əsasında çəkib. 
   İspaniyalı futbolçu Jerard Pikedən körpə gözləyən Şakiranın keçmiş sevgilisi ilə problemləri yaranıb. Belə ki, müğənninin 10 illik əlaqədən sonra ayrıldığı Antonio de la Rua adlı şəxs məşhur ulduza qarşı 100 milyon dollarlıq məhkəmə prosesi başladıb. O: “Şakira mənim sayəmdə 300 milyon dollar qazanıb. Amma payıma düşəni hələ də ala bilmirəm” -deyib. 
   Məşhur müğənni Mika yeni “Underwater” adlı klipini təqdim edib. Kompozisiya ulduzun “The Origin of Love” albomuna daxil edilib. Video çarxın süjetinə görə, Mika gəmi səyahətinə çıxır. Klipdə teatr dekorasiyalarından istifadə olunub, buna görə də video nağıla bənzəyir. Bundan başqa, çəkiliş zamanı sualtı görüntülərə də yer verilib. Qeyd edək ki, müğənninin sayca üçüncü olan “The Origin of Love” albomu yaradıcılığının ən uğursuz işi hesab olunur. 
   Amerikalı müğənni Şer yeni sinqlını sevənlərinin ixtiyarına verib. “Woman’s World” adlı trek ulduzun təqdimatı gələn ilə planlaşdırılan albomunun çıxış mahnısıdır. Müğənni öz mikrobloqunda: “Bu əsəri yazmağa başlayanda güclü qadınlar haqqında düşünürdüm. Ona görə də adını “Qadınların dünyası” qoymuşam. Qadın həqiqətən böyük qüvvədir”, -deyə yazıb.
Xatırladaq ki, sözügedən mahnı Şerin on bir illik fasilədən sonra çıxardığı ilk əsərdir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

749 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr
































7 Dekabr