Aktrisa qızla öpüşərkən yaxalandı - foto
“Artım”da növbəti film təqdimatı olacaq
Alman model İtaliyada dincəlir - foto
Sibel Canın qızı Melisa Ural iş qadını olur

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhurlardan sərt ittihamlar

23-11-2012


   Xalq artisti İlhamə Quliyeva həmkarlarından heç birinə icazə vermir ki, onun repertuarında yer alan mahnıları ifa etsinlər. “Əsərlərimi yalnız toyda ifa edə bilərlər, efirdə yox”- deyən müğənni belə ifaçıların onu əsəbləşdirdiyini söyləyib. Müğənnilərə sonuncu dəfə xəbərdarlıq etdiyini deyən sənətkar bu məsələyə nəzarəti gücləndirdiyini vurğulayıb.
   Müğənni Rəqsanənin ailə həyatı quracağı barədə xəbərlər onun yaradıcılıq yeniliklərini ikinci plana keçirib. Türkiyədə böyük işlər gördüyünü deyən sənətçinin sözlərinə görə, şəxsi həyatı ilə gündəmdə qalmaq istəmir. Bu səbəbdən o, ailə haqqında danışmaqdan imtina edir. 
   İddialı müğənni Zarina Məmmədova Türkiyənin sevilən müğənnisi Ümit Sayınla ifa etdiyi “Kader utansın” mahnısının yeni versiyasını hazırlayır. O, Sayınla oxuduğu bu musiqini həm də tək ifa etmək qərarına gəlib: “Düzdür, mahnı möhürünü məhz Ümit bəylə duetimdən sonra vurdu. Ancaq burada iştirak etdiyim tədbirlərdə tamaşaçılar “Kader utansın”ı istəyəndə ifa edə bilmirəm”-deyə o, bu məsələyə aydınlıq gətirib. Müğənni həmçinin musiqisi Pərviz Mahmudova, sözləri Aygün İsmayılovaya məxsus “Sevmə ürək” mahnısının da remiksini hazırladığını söyləyib. 
   Qısa zamanda məşhurlaşan və daim öz üzərində çalışan müğənni Günay İbrahimli maraqlı açıqlamalarla gündəmə gəlib. Müğənninin sözlərinə görə,o hər kəslə dil tapmağı bacarır. Şou-biznes qaydalarının bir qisminə riayət edən Günay digərindən imtina edir: “Çox sadəlövhəm. Hər sözə tez inanıram. Birdən ayılıram ki, axı belə ola bilməz!- deyə o, vurğulayıb. İfaçı zarafatı sevmədiyini də qeyd edib.

 

Əzizova Xəyalə

 

Muz-Tv.az
 

570 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


























19