Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
ULDUZ

Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyi qeyd edilir

23-11-2012


   Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti , SSRİ Dövlət Mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş musiqi festivalının açılış mərasimi keçirilib. Noyabrın 30-dək davam edəcək silsilə tədbirlərdə dahi bəstəkarın ölməz əsərləri səsləndiriləcək. Gələn qonaqlar üçün sarayın foyesində yubilleyarın həyat və yaradıcılığını əks etdirən foto sərgi də nümayiş olunub.
  Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qısa olaraq bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb. Gecədə məhşur incəsənət xadimlərini Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrı müşayət edib. Səhnədə yer alan xalq artisti, sevimli sənətkarımız Alim Qasımov gələn qonaqları öz ecazkar səsi ilə tilsimləyib.
  Xatırladaq ki, 90 illik yubileyi təntənəli şəkildə qeyd olunan unudulmaz bəstəkar Fikrət Əmirovun "Fortepiano üçün 12 miniatür", "Ulduz" , "Azərbaycan elləri", "Gülüm" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilb. Sənətkarın “Sevil” əsəri Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki, gözəl deyildim" və digər filmlərə maraqlı musiqilər bəstələyib.

 

Sərvər Mehdiyev
Vüsal Babayev

 

Muz-Tv.az
 

984 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23