Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur aşığın 75 illiyi təntənəli şəkildə qeyd olundu

22-11-2012


   Beynəlxalq Muğam Mərkəzində əməkdar incəsənət xadimi, Azərbaycan aşıq yaradıcılığının nümayəndəsi, prezident təqaüdçüsü İsfəndiyar Rüstəmovun 75 illiyinə həsr edilmiş gecə keçirilib. Yubiley mərasiminə təşrif buyuranlar arasında elm, incəsənət və mədəniyyət nümayəndələri yer alıb. Tədbirdə Ədalət Dağlı “Ruhani” havası ilə çıxış edərək ustadı aşıq İsfəndiyarı təbrik edib. 
   Daha sonra şair Cığatel Qasımova səhnəyə çıxıb. O, yubiliyara öz arzu və təbriklərini ünvanlayaraq şeir də səsləndirib. Davam edən gecədə \\\"Gədəbəy Aşıqları\\\" da öz ifaları ilə maraq doğurub.
   Tədbirin təşkilatçısına və gələn qonaqlara minnətdarlığını bildirən İsfəndiyar Rüstəmov bundan sonra da aşıq sənətinin çiçəklənməsinə öz layiqli töhfəsini verəcəyini söyləyib.

 

Səbinə Zöhrabqızı
Vüsal Həşimov

 

Muz-Tv.az
 

720 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23