Model itlər üçün paltarlarını satır
Aktyor 35 kiloqram arıqladı
Məryəm Uzerli Hollivud aktyoru ilə filmə çəkilir
Aktyor 2 milyon dollar qazanacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Aparıcı Hacı Nurana həsr olunmuş növbəti xeyriyyə konserti

22-11-2012


    M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ağciyərin onkoloji xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nurana həsr olunmuş növbəti xeyriyyə konserti keçirilib. Tədbir əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin təşkilatçılığı ilə reallaşıb. Gecədə ilk olaraq səhnəyə çıxan xalq artisti Həmidə Ömərova Hacı Nuranla bağlı xatirələrindən danışıb.
   Tədbirdə iştirak edən əməkdar artist Elza Seyidcahan “Şanson” qrupunun müşayiəti ilə keçirilən xeyriyyə konsertinə dəstək olub. Muz Tv-yə müsahibə verən bəstəkar-müğənni aparıcının tezliklə sağalmasını arzulayıb.
   Tədbirin iştirakçılarından olan Xuraman və Fidan Hacıyeva bacıları da öz hisslərini bizimlə bölüşüb. Gecədə tanınmış incəsənət xadimləri ilə yanaşı gənc ifaçıların da çıxışına yer verilib.
   Azərbaycan Dövlət Rəqs ansamblının solisti, xalq artisti Təranə Muradova isə əməkdar artist Ənvər Sadığın müşayiəti ilə “Naz eləmə” rəqsini ifa edib. İfadan sonra sənətçilər Hacı Nuranla bağlı fikirlərini bölüşüb. 
   Biz də aparıcımıza şəfa diləyib, onun tezliklə ekranlara qayıtmasını arzulayırıq.

 

Sərvər Mehdiyev
Vüsal Həşimov

 

Muz-Tv.az
 

1378 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Dekabr


12 Dekabr