Çağatay Ulusoy arıqlamağa qərar verdi
Aktrisa pərəstişkarlarını həyəcanlandırdı - foto 
"Geyimim açıq-saçıq yox, orta-açıq sayılır” - müğənni
Gözəllik yarışmasının qalibi həbs edildi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Bir mahnı üçün 500 min funt sterlinq alan Rihanna…

22-11-2012


   24 yaşlı barbadoslu müğənni Rihanna heyranlarının etirazına məruz qalıb. Belə ki, müğənni İngiltərənin paytaxtı Londonda alış-veriş mərkəzlərinin birində verəcəyi konsertə bir saat gec gəlib. Bundan əlavə, ulduz yalnız bir mahnı oxuyaraq onu izləməyə gələn 20 min tamaşaçını məyus edib. Qeyd edək ki, Rihanna bir ifalıq konserti üçün 500 min funt-sterlinq alıb.
   Türkiyəli müğənni Ebru Gündeş Kiprdə otellərin birində konsert proqramı ilə çıxış edib. Ulduzu 2 mindən çox insan izləməyə gəldiyinə görə tədbir üçün ayrılan salon darlıq edib. Adətən proqramları bir saat yarım olan məşhur sənətçi tamaşaçıların istəyi ilə üç saat səhnədə qalaraq həmkarları arasında rekorda imza atıb.
    Müğənni Bruno Mars yeni “Moonshine” sinqlını təqdim edib. Məşhur amerikalı müğənni mahnını “Unorthodox Jukebox” albomuna dəstək məqsədilə çıxarıb. Ulduz jurnallardan birində verdiyi müsahibədə sözügedən musiqinin dostlarla təşkil etdikləri bir əyləncə zamanı yarandığını bildirib. Onun sözlərinə görə, mahnıya qulaq asan hər kəsin dərhal əhval-ruhiyyəsi düzələcək.
    Böyük Britaniyanın kraliçası Yelizaveta noyabrın 21-də məşhur aktrisa Keyt Uinsleti Britaniya Ordeni ilə təltif edib. Bununla bağlı böyük mərasim təşkil edilib. Hollivud aktrisası və kraliça fürsətdən istifadə edib bir-birləri ilə hətta uşaqları barədə danışıblar. Qeyd edək ki, Keyt Uinsletə dünya şöhrətini Ceyms Kameronun “Titanik” filmi gətirib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az
 

797 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr
































7 Dekabr