Serdarın qumar vərdişi ailəsini dağıtdı
Aleynanın tviti qalmaqal yaratdı
Metin Hara ilə bağlı yeni iddia yayıldı
Sevda Yahyayeva hündürlükdən qorxur

Facebook instagram Twitter Youtube
ULDUZ

Bu gün 2 dahi bəstəkarın doğum günüdür

22-11-2012


     Görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Fikrət Əmirovun doğum günüdür. O, 1922-ci ildə Gəncə şəhərində anadan olub. Bəstəkarın simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları tərəfindən ifa olunub. Sənətkarın ixtira etdiyi simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunur. Fikrət Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir. Onun Cəfər Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. Fikrət Əmirovun "Min bir gecə" və "Nəsimi" baletləri dinləyicilərin xüsusi rəğbətini qazanıb. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edib. Dahi bəstəkar 1984-cü il fevralın 20-də vəfat edib.
    Tanınmış Azərbaycan bəstəkarı Cavanşir Quliyev də doğum gününü qeyd edir. O, 1950-ci il noyabrın 22-də Şəkidə anadan olub. Dahi sənətkar iki operettanın – "Məhəbbət oyunu" və "Yeddi məhbusə"nin, simfonik orkestr və zurna üçün" Uvertüranın", 300-ə yaxın teatr və televiziya tamaşalarına, 8 bədii və 25 sənədli filmə yazılmış, 1000-ə yaxın mahnının, müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin və digər möhtəşəm əsərlərin müəllifidir.
    Müğənni Sevda Yahyayeva üç əcnəbi dili mükəmməl öyrənməyi qarşısına məqsəd qoyduğunu söyləyib. "İstəyirəm ki, gürcü, rus və ingilis dillərində daha mükəmməl danışım. Sual edə bilərsiniz ki, nə üçün? İlk növbədə, gürcü dilini öyrənmək istəyirəm. Bu qonşu ölkəyə tez-tez yaradıcılıq səfərləri etməyimlə bağlıdır", –deyə o, vurğulayıb. Qeyd edək ki, müğənni bu yaxınlarda "Sən" adlı mahnısına elə Batumidə klip çəkdirib.
    Türkiyədə Azərinin qonağı olan Samiranın çıxışı çox böyük marağa səbəb olub. TRT kanalında yayımlanan “Azərinlə bir avaz” verilişində sənətçinin ifası o qədər maraqla izlənib ki, hətta verilişdən sonra Türkiyədə fəaliyyət göstərən prodakşnlar Azərinlə əlaqə saxlayıb, Samira haqqında məlumat öyrənməyə çalışıblar. Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Azərin aparıcısı olduğu verilişində imkan olduqca Azərbaycan mədəniyyəti, sənətçiləri barədə məlumat verməklə yanaşı, tez-tez onları Türkiyəyə də dəvət edir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

707 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24








23