Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
Təqdimatlar

“100 kağız” filminin qala gecəsində yaşananlar

08-04-2015


    Nizami Kino Mərkəzində növbəti filmin qala gecəsi reallaşıb. Bir çox sənət adamlarının və aktyorların iştirak etdiyi tədbirdə elə ilk olaraq filmin rejissoru Şahin Zəkizadə danışıb. Bir çox seriallarda rol alan Roza Zərgərli bu dəfə filmdə həyatdakı gerçək obrazında görünüb. Əməkdar artist Sənubər İsgəndərli bu filmdə peşəkarların iştirak etdiyini bildirib. Xalq artisti Faiq Ağayev indiyədək keçirilən təqdimatlara gələ bilməsə də, “100 kağız”ın qala gecəsində iştirak edərək, bu filmdən çox şey gözlədiyini bildirib. Rejissor Şahin Zəkizadə “100 kağız” filminə böyük miqdarda pul xərclədiyini desə də, məbləği açıqlamaqdan imtina edib. Yaxın günlərdə bu haqda mətbuata geniş məlumat verəcəyini deyən rejissor, görünür, bu nüansı sirr saxlamaqla bir növ filmin piarını düşünüb.

 

Elyar Sadıqlı                                                 

Ramal Gülməmmədov

 

Muz-Tv.az

 

845 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel