Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
Təqdimatlar

Oqtay Mir-Qasımın “Qisas almadan ölmə” filminin premyerası keçirildi

19-02-2014


    Fevralın 18-də Nizami Kino mərkəzində xalq artisti Oqtay Mir-Qasımın “Qisas almadan ölmə” filminin premyerası keçirilib. Bir çox incəsənət xadimlərinin və ziyalıların qatıldığı təqdimatdan əvvəl rejissor filmin aktyor heyətini bir yerə toplayaraq foto çəkdirib.

    Daha sonra suallarımızı cavablandıran Oqtay bəy üstüörtülü də olsa filmin mövzusundan söz açıb. Rejissor həmçinin ekran işində birgə çalışdığı əcnəbi sənətçilərin də artıq filmi izlədiyini və çox bəyəndiyini söyləyib. Filmdə baş rolları ifa edən əməkdar artist Ayan Mirqasımova və almaniyalı aktyor Uilrix Rexenbax da öz təəssüratlarını jurnalistlərlə bölüşüblər.

     Rəsmi təqdimat mərasimində əvvəlcə söz alan “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger filmin hər iki ölkə arasında mədəni inteqrasiyaya yol açacağını söyləyiblər. Daha sonra ekran əsərində rol alan əcnəbi aktyorlar səhnəyə dəvət ediliblər.

Əcnəbi sənətçilərin ardınca filmin azərbaycanlı heyəti və başda rejissor Oqtay Mir-Qasım olmaqla alqış sədaları altında səhnəyə təşrif buyurublar. Daha sonra film tamaşaçıların ixtiyarına verilib.

     Qeyd edək ki, ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mir-Qasım olan bu ekran əsəri “Azərbaycanfilm” kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.

 

Sahilə Aslanova

Ramal Gülməmmədov

 

Muz-Tv.az

1184 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral








22 Fevral