Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
Təqdimatlar

“Yunus Əmrə-Eşqin səsi” filminin qala gecesi keçirildi

14-02-2014


    Fevralın 13-də Nizami Kino Mərkəzində “Yunus Əmrə-Eşqin səsi” filminin qala gecəsi keçirilib. Bir çox ictimai və siyasi xadimlərin qatıldığı gecəyə filmin rejissoru Kürşat Kızbaz və baş rol ifaçısı Devrim Evin  də təşrif  buyurub.  Görkəmli mütəfəkkir Yunus Əmrəni canlandıran Devrim bəy ekran əsəri haqqında ürək sözlərini bölüşərək filmin tamaşaçılar tərəfindən bəyəniləcəyinə ümid etdiyini bildirib.Filmin rejissoru Kürşat bəy isə öz növbəsində çəkiliş zamanı əməyi keçən hər kəsə təşəkkür etməyi unutmayıb.

    Filmin təqdimatından əvvəl baş tutan rəsmi hissədə söz alan Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun başda rejissor olmaqla hər kəsi təbrik edib. Daha sonra film tamaşaçılara təqdim edilib. Qeyd edək ki, film yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilmiş, humanizm örnəkçisi sayılan, Allaha sevgisini eşq və əxlaqla bağlı fikirlərini paylaşan Türkiyə Anadolusunun yetişdirdiyi ən böyük övliyalardan olan, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsir əvvəl yüksələn mənəviyyat memarı Yunus Əmrənin həyatından bəhs edir.

    Ekran əsərində həmçinin Burak Sərgən, Altan Erkəkli, Altan Gördüm kimi məşhur aktyorlar da rol alıb. Mərasim Türkiyənin Azərbaycandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və TİKA-nın dəstəyi ilə keçirilib.

 

Sahilə Aslanova

Elfaq Lələyev

 

Muz-Tv.az

821 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral








22 Fevral