Model sevgilisinin şalvarını geyinir
Hollivud ulduzu 64 yaşında evlənir
 Pərvin Abıyeva kreditlə ev alıb
Lətifənin geyimlərinə nənəsi nəzarət edir

Facebook instagram Twitter Youtube
Təqdimatlar

Emin Ağalarovun Səbinə Babayeva üçün yazdığı mahnı təqdim olundu

28-03-2013


    Məşhur otellərin birində “Avroviziya - 2012” mahnı müsabiqәsinin iştirakçısı vә müasir Azәrbaycan estradasının ən güclü səslərindәn biri olan Səbinə Babayevanın çoxdan gözlənilәn mahnısının təqdimatı reallaşıb. Sözügedәn mahnının müәllifi mәhşur ifaçı və bəstəkar Emin Ağalarovdur. İfaçı ilə bərabәr bu kompozisiya üzərində məşhur ulduz Kayli Minoq üçün “Can't Get You Out of My Head” mahnısının müəllifi kimi tanınan Rob Devis də çalışıb.  

    Tədbirdən əvvəl  gecəyə təşrif buyurmayan ifaçı Emin Ağalarovun video müraciəti gələn qonaqların nəzərinə çatdırılıb. Aparıcı vəzifəsini yerinə yetirən şoumen Murad Dadaşov gələn bütün media nümayəndələrini salamladıqdan sonra mətbuat konfransının məqsədindən danışıb.

     Daha sonra söz alan Səbinə xanım da öz növbəsində jurnalistləri salamlayaraq mahnı barədə təəssüratlarını bölüşüb. Gənc müğənni kompozisiyanın üç  - original, remiks və replə sintez olunmuş versiyada hazırlandığını bildirib.

    Sözügedən əsərə klip çkdirən ifaçı ekran əsərini mətbuat konfransında təqdim etməyi planlaşdırsa da, vaxt məhdudiyyətinə görə buna nail ola bilməyib. Qeyd edək ki, mətbuat konfransından sonra Səbinə Babayena gələn qonaqlara kiçik konsert də hədiyyə edib.

 

Sahilə Aslanova

Ramal Gülməmmədov

 

Muz-Tv.az

1421 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 May














29 May