Aktrisa avtomobil almağa pulu çatmadı
Maykl Ceksonun corabları 1 milyon dollara satılır - foto
Nüşabə Əlsəgərli qızının "hə"sini verdi
Corc Mayklın ölümündən sonra mahnısı işıq üzü gördü

Facebook instagram Twitter Youtube
Təqdimatlar

“Film kimi” klipinin təqdimatından film kimi görüntülər

22-02-2013


   Müğənni Yaşar Cəliliov son vaxtların hitinə çevrilən “Film kimi” mahnısına çəkdirdiyi klipini mediaya təqdim edib. Sənət yoldaşlarını bir araya toplayan müğənninin yeni ekran əsəri hər kəsin marağına səbəb olub. Gecədə Yaşar alicənablıq nümayiş etdirərək gələn qonaqları məhz özü qarşılayıb.

    Klip təqdim olunan zaman texniki problem yaransa da, tez bir zamanda aradan qaldırılıb. Müğənninin dostları bunu bəd-nəzərlə əlaqələndirilib. Gecədə iştirak edən müğənni Emil Bədəlov, Əbdül Xalid, Ramal İsrafilov  Yaşarla bağlı öz fikirlərini bölüşüblər. İfaçı Roza Zərgərli klipdə Yaşarın tərəf müqabili Leyla Şirinovanı bəyənməyib. “Bilməzdim” mahnısında öz skripkasının sehrindən yararlanan əməkdar artist Səlim Abbasov müğənninin yeni işində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini söyləyib.

    Musiqisi Tərlan Məmmədhüseynov və Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus olan mahnının klipi haqqında müxtəlif fikirlər söylənilib. Amma Azər Şirin daha çox ifanı bəyənməsindən danışıb. Yaşar da öz növbəsində bu sözlərə münasibət bildirib.

    Tədbirin  sonlarına yaxın tortkəsmə mərasimi reallaşıb. Gecəyə rəng qatan Roza Zərgərli maraqlı zarafatları ilə yadda qalıb.

Maraqlı bir məqamı da diqqətinizə çatdıraq ki, gecə boyu müğənni telefonu əlindən yerə qoymayıb.  Görünür,  Yaşar Cəlilovun özəl gününə gəlməyənlər onu bu şəkildə təbrik edib.

 

Sərvər Mehdiyev

Bəxtiyar Nəsirov

Vüsal Həşimov

 

Muz-Tv.az

985 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
13 Noyabr






































12 Noyabr