Xalq artisti dostlarını bir yerə yığıb
Selena izləyicilərini qəzəbləndirib
Aktrisa yeni serialı ilə geri qayıdır
"Altın Kelebek"də mükafatlandırma gecəsi

Facebook instagram Twitter Youtube
SERİAL

Əri döydüyü üçün görmə qabiliyyətini itirib

21-11-2023


1980-ci illərdə "Yeşilçam" filmlərində rol alan, bir zamanların məşhur türk aktrisası Deniz Akbulut uzun aradan sonra kameralara tuş gəlib. Mtv.az xəbər verir ki, o müsahibəsində keçmiş həyat yoldaşından şiddət gördüyü üçün 36 yaşında görmə qabiliyyətini itirdiyini açıqlayıb: "Ayrılmaq istəyəndə məni döydü. İçki içəndə başaqa birinə çevrilirdi. Bir gün yenə məni vurdu və ürəyim getdi. Daha sonra məni xəstəxanaya apardı. Orada "bu qadın vəfat edib, morqa aparın" dedilər. Eks-ərim ölə bilməz deyib məni başqa xəstəxanaya aparıb. 1 ay reanimasiyada qaldım. Həkimlər gözlərimin görə bilməyəcəyini dedi. Ürəyim dayandığı üçün beynimə oksigen getməyib və bu səbəbdən sinir sistemim zərər görüb. Yaşadığım bu tragediya mənim ikinci dəfə dünyaya gəlişim oldu. Həmin hadisənin üstündən 27 il keçir. Ona görə də özümü 27 yaşımda görürəm. Gözlərim üçün illərlə əlac axtardıq, amma olmadı. Çünki sinir nəqli yoxdur. Tibbdə buna çarə yoxdur". Xatırladaq ki, Deniz Cüneyt Arkın, İbrahim Tatlıses ve Selami Şahin kimi adlarla kamera qarşısına keçib. O, açıqlamalarının birində Tatlısəsin ona təcavüz etmək istədiyini bildirmişdi.



0 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti