Selena izləyicilərini qəzəbləndirib
Aktrisa yeni serialı ilə geri qayıdır
"Altın Kelebek"də mükafatlandırma gecəsi
Model mütəmadi idmanla məşğul olur

Facebook instagram Twitter Youtube
SERİAL

Aktrisa-model iddialara cavab verib

15-03-2023


Xəbər verdiyimiz kimi, amerikalı aktrisa-model Meqan Foks məşhur reper nişanlısı Kolson Beykerdən (Machine Gun Kelly) ayrılıb. Mtv.az xəbər verir ki, aktrisa ilk dəfə sevgilisinin xəyanəti ilə bağlı xəbərlərə münasibət bildirib. O, sosial şəbəkədə paylaşım edərək yazılanların doğru olmadığını bildirib: "Münasibətimizə üçüncü şəxsin müdaxiləsi olmayıb. Əlbəttə ki, internet istifadəçiləri, botlar və iblislər haqqında danışmasaq. "ChatGPT" (süni intellektli çatbot) tərəfindən daha yaxşı yazılacaq əsassız dedi-qodu yaymaq qabiliyyətinizi əlinizdən almaq istəməsəm də, siz bu hekayəni basdırmalı və bütün günahsız insanlardan əl çəkməlisiniz". Aktrisa münasibətlərini hansı səbəbdən sonlandırdığını isə açıqlamayıb. Xatırladaq ki, reperin Foksa gitaraçı Sofi Lloydla xəyanət etdiyi deyilirdi. Bir neçə gün əvvəl Meqan nişanlısıyla olan bütün fotolarını sosial şəbəkədən silmişdi.

61 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti