Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
SERİAL

Aktrisa prodüser ərindın rəsmən boşanıb - foto

12-01-2023


"Uensdey"nin aktrisası Kristina Ricci fiziki zorakılıqda ittiham etdiyi həyat yoldaşı, prodüser Ceyms Herdegendən rəsmən boşanıb. Mtv.az xəbər verir ki, 2 il davam edən boşanma prosesinin nəticəsində məhkəmənin qəbul etdiyi qərara əsasən, Kristina Kaliforniyadakı evin yeganə sahibidir. Lakin ikili Nyu-Yorkdakı ümumi mənzillərinin satışından əldə olunan pulu bölüşəcəklər. Bunun qarşılığında Ceyms "Subaru" avtomobilini özündə saxlayacaq və keçmiş həyat yoldaşından 189 687 dollar məbləğində birdəfəlik ödəniş alacaq. İkili səkkiz yaşlı oğulları Freddinin qəyyumluğunu paylaşacaqlar. Kristinanın uşağın təhsili ilə bağlı qərar verərkən həlledici söz sahibi olacağı, həmçinin onun bütün müalicə xərclərini şəxsən qarşılayacağı bildirilir. Xatırladaq ki, 42 yaşlı Kristina ərini məişət zorakılığında ittiham edərək 2020-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. 2021-ci ilin oktyabrında aktrisa Mark Hemptonla münasibətə başlayıb və iki aydan sonra onların Kleo adlı bir qızı dünyaya gəlib.



51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti