SERİAL
Serialın yeni bölümləri çəkiləcək
20-12-2022

"Kurtlar Vadisi" ilə bağlı gözlənilməz qərar qəbul edilib. Mtv.az xəbər verir ki, serialın yeni bölümləri çəkiləcək. Bu barədə layihədə baş rolu canlandıran aktyor Necati Şaşmaz "TRT Müzik"ə açıqlama verib. O, müsahibəsində yeni bölümlərin çəkiləcəyinə işarə edib: "Hazırda hazırlıq işləri görürəm. Yanvarda çəkilişlərə başlayacağımızı düşünürəm. 397 bölüm rolumu canlandırmışam. Ömrümün 20 ili bununla keçib. Dəyərli, lakin çox yorucu bir iş idi. Bir az ara verməli olduğumuzu düşündük. İndi yenidən seriala tələbat artıb. Qismət olacaq”. Xatırladaq ki, Necati serialda "Polat Alemdar" obrazına həyat verirdi.
50 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
1 İyun