Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
SERİAL

Colinin çiyinlərindən tutub divara itələyib - foto

21-09-2022


"Page six" aktrisa Ancelina Colinin 2016-cı ildə şəxsi təyyarədə Bred Pittlə mübahisəsi nəticəsində aldığı zədələrin görüntülərini yayımlayıb. Mtv.az xəbər verir ki, şəkillərdə Ancelinanın qolunda və dirsəyində ləkələrin olduğu əks edilib. Coli Pitti uçuş zamanı onu və uşaqları təhqir etməkdə günahlandırıb, həmçinin onlara qarşı fiziki zorakılıq tətbiq etdiyini deyib. Coli bildirib ki, oğlu Pittin qarşısını almağa çalışanda atası onu da döyüb. Coli onu dayandırmağa çalışıb. Aktrisanın dediyinə görə, eyni vaxtda sərxoş olan Pitt onu "başından, sonra çiyinlərindən tutub" silkələyib və divara itələyib. Aktrisa kürəyində və dirsəyində qançırlar, qolunda sıyrıqlar aldığını bildirib. Buna görə aktrisa Pitti məhkəməyə verib və araşdırılmasını tələb edib. Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə görüşməyə başlayıblar və 2014-cü ildə evləniblər. Toydan iki il sonra Ancelina Coli təyyarədə baş verən insidentdən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.





15 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti