SERİAL
Aktrisa eşq dedi-qodularına son qoydu
12-04-2022

Türkiyəli aktrisa Hande Erçel iş adamı Atasay Kamərlə adının eşq dedi-qodularına qarışmasına münasibət bildirib. Mtv.az xəbər verir ki, jurnalist Birsen Altuntaş Erçelin yerinə sosial şəbəkədə paylaşım edərək xəbərlərin yalan olduğunu bildirib. O, aktrisanın “Eşq yoxdur, yeni münasibət istəmirəm, hazırda işlərimlə məşğulam” söylədiyini açıqlayıb. Aktyor Kərəm Bürsindən yeni ayrılan aktrisanın təqdimat gecəsində Atasayla səmimi görüntülərinin yayılmasının ardınca sonra sosial şəbəkədə "Kərəm Bürsinə xəyanət edib" kimi şərhlər yazılmışdı. Hazırda isə Hande Erçel Atasay Kəmərin sahibi olduğu “Atasay” zinət əşyaları brendinin simasıdır.
182 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26
25