Aktrisa sevgilisi ilə birlikdə yaşayacaq

Aktrisa Zendaya (Zendaya Koulman) sevgilisi, həmkarı Tom Hollandla birlikdə yaşamaq qərarına gəlib. Mtv.az xəbər verir ki, cütlük Böyük Britaniyada dəyəri 4 milyon dollar olan ev alıb. Hələlik ikilinin yeni malikanəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb. Mülkün Temza çayı yaxınlığında yerləşdiyi və altı yataq otağı, həmçinin teatr, idman zalından ibarət olduğu bildirilib. "The Mirror" nəşrinin məlumatına görə, Tom məxfiliyi qorumaq üçün evə yüksək texnologiyalı təhlükəsizlik sistemi quraşdırmaq istəyir. Təmir işləri yekunlaşdıqdan sonra ikili sözügedən evdə yaşamağa başlayacaq. Xatırladaq ki, Zendaya və Tom "Hörümçək adam: Evdən uzaqda" filminin baş rollarını canlandırıb. Ekran işi hazırda kassada ən çox gəlir gətirən filmlərdən biridir.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
