İrem Derici həmkarı ilə eşq yaşayır
Reperin öldürüldüyü avtomobil satılır-foto
Yıldız Tilbe peyvənd olundu
Model eşq iddialarını yalanladı

Facebook instagram Twitter Youtube
SERİAL

Aktyor kosmosa uçmaq istəyir

29-07-2021


Həmkarı Mila Kunislə evli olan aktyor Eşton Katçer kosmosa uçmağı planlaşdırdığını, ancaq gedə bilmədiyini açıqlayıb. Mtv.az xəbər verir ki, 43 yaşlı aktyor Riçard Bransonun "Virgin Galactic" şirkəti ilə planlaşdırdığı bu səyahətə həyat yoldaşının mane olduğunu bildirib. Kunis övladları olduğunu ona xatırladaraq bu səyahətə əngəl olub. Katçer aldığı qərarın ağıllı olmadığının fərqinə vardığını söyləyib: "Biletim vardı, amma sonra onu satmalı oldum. Kosmosa getmək ailəm üçün ağıllı qərar deyildi. Nəticədə azyaşlı övladlarım var". Bütün bunlara baxmayaraq aktyor ömrünün bir mərhələsində kosmosa səyahət edəcəyini vurğulayıb. Xatırladaq ki, 2015-ci ildə evlənən cütlüyün Vyat İzabel adlı qızı və Dimitri Portvud adlı oğlu var.

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti