SERİAL
Aktyor sevgilisini virusa yoluxdurdu
25-11-2020

Bir müddət əvvəl koronavirusa yoluxan və sağalmaq üzrə olan aktyor Berk Oktay obyektivlərə tuş gəlib.
Mtv.az xəbər verir ki, aktyor karantin bitən kimi saçını süzəltdirmək üçün şəxsi ustasının yanına gedib. Berk xəstəliyinin ilk 3 günü şiddətli ağrıları olduğunu bildirib:
"Koronavirusu adi xəstəlik kimi qiymətləndirmək olmaz. Biz bu yaşımızda belə şiddətli ağrı yaşayırıqsa, yaşlıların hansı ağrıları olduğunu təsəvvür belə edə bilmirəm".
Aktyor sevgilisi Yıldız Çağrı Atiksoyu da virusa yoluxdurduğunu qeyd edib:
"Yıldız mənim qurbanım oldu. Analiz nəticələri müsbət çıxanda o, kinayə ilə mənə "təşəkkür edirəm" dedi”.
85 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar
16 Yanvar