“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı
Jan Klod Van Damm kampaniyaya başladı 
“Oyaq gözəl” tamaşası göstəriləcək

Facebook instagram Twitter Youtube
SERİAL

Müğənni evini izləyən manyakı polisə verdi

25-09-2020


İstanbulun Şişli səmtində bir binanın 12-ci mərtəbəsində yaşayan müğənni Zeynep Mansur evini izləyən manyakla bağlı polisə şikayət edib.

Mtv.az xəbər verir ki, evinə qonaq gələn dostu ilə söhbət edən ifaçı pəncərənin qabağında bir dron görüb. Pəncərəni açıb aşağı baxan müğənni bir kişinin dronla onun evinin içini izlədiyini görüb.

Həmin şəxsə "Nə edirsən" sualını ünvanlayan Zeynep "Evinə baxıram" cavabını alıb.

Mansur onunla eyni binada yaşayan şəxsi polisə şikayət edib. O isə öz evində tək qoyduğu itini izləmək üçün drondan istifadə etdiyini bildirib və müğənnidən üzr istəyib.

Mansur "Üzr istədi, amma qorxuram. Bu hadisə məndə psixoloji problem yaradıb. Bir insan evindəki itə küçədən dronla niyə baxsın? Bir daha eyni hadisə təkrarlanarsa, yenidən məhkəməyə gedəcəm" sözlərini söyləyib.

54 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
24 Oktyabr
























23 Oktyabr